Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

İcra başçısına fəhlə kimi işlətdiyi tibb işçiləri.. – Qəzaya düşən 22 nəfərdən birinin vəziyyəti ağırlaşdı

Tarix: 26-09-2017 10:41     Baxış: 6350 A- / A+
İcra başçısına fəhlə kimi işlətdiyi tibb işçiləri..
Sentyabrın 19-da Biləsuvarda avtobus qəzasına düşən tibb işçilərindən birinin vəziyyəti ağırlaşıb.
O, təcili olaraq Bakıya gətirilib Xəsarət alan digər 21 nəfərdən isə 15-i evə buraxılıb. 6 nəfər hazırda Biləsuvar Rayon Mərkəzi xəstəxanasında müalicə olunur.

Xatırladaq ki, 19 sentyabrda Biləsuvar rayon Nəsimi kənd ərazisində avtobusun kanala düşməsi nəticəsində 22 nəfər müxtəlif mədən xəsarətləri alıb.
Məlum olub ki, xəsarət alanlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının və rayondakı poliklinikanın xadimələridır. Həmin vaxt məlumat yayıldı ki, tibb işçiləri məcburi surətdə rayon icra başçısı Mahir Quliyevin Aqropark adlanan ərazidəki pambıq sahəsində işləmək üçün aparılıbmış. Amma sonradan qəzaya düşənlərin xəstəxana işçiləri olması gizlədildi, onlar "fəhlə” kimi təqdim edildi.

Lakin bir gün sonra Modern.az-ın Səhiyyə Nazirliyinə ünvanlandığı sorğuda işin əsli müəyyən qədər ortaya çıxdı. Sorğusuna cavab olaraq bildirildi ki, qəza zamanı 3 tibb işçisi xəsarət alıb:
"Onlar Biləsuvar Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hər üçü xanımdır, hazırda vəziyyətləri stabildir. Yaxın günlərdə evə buraxılacaqlar”.

Tibb işçilərinin hansı səbəbdən pambıq yığımına aparıldığına gəlincə, "nazirlikdə bu barədə məlumat yoxdur”, -deyə bildiriblər.azxeber.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar