Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

13 yaşlı məktəbli evdən niyə qaçıb? - "...gələndə ac və halsız idi"

Tarix: 25-09-2017 18:33     Baxış: 5344 A- / A+
13 yaşlı məktəbli evdən niyə qaçıb?
Bir neçə gün əvvəl itkin düşməsi haqda xəbər yayılan Xırdalan şəhər sakini, 13 yaşlı Cəfərov Ülvi Ruslan oğlu ötən gün tapılaraq valideynlərinə təhvil verilib. 4 gün əvvəl evdən hazırlıq məqsədilə çıxan məktəblinin itməsinə səbəb kimi əyləncə istəyi göstərilib.

Ülvinin anası Pünhan Cəfərova azvision.az-a bildirib ki, oğlu hər zaman tək olmaq, parkda gəzmək və kompüter oyunları oynamağa meyilli olub.

“Biz Ülvi itkin düşən gün şübhə elədik ki, o, bu istəklərini reallaşdırmaq üçün gedib. Lakin hava qaralanda artıq atası da, mən də qorxmağa başladıq. Həyətə, evə çoxlu adam yığılmışdı. Polis maşını da gəlmişdi. Ülvi tapılandan sonra dedi ki, həyətdə polis maşınlarını görüb qorxub və bu səbəbdən evə gələ bilməyib. Sonrakı günlərdə də gəlib evə baxırmış, həyacandan içəri girə bilməyib”.

P.Cəfərova bildirib ki, oğlu 4 gün ərzində evlərinə yaxın yarımtikilidə qalıb: “Ülvinin üstündə həmişə pul olur. Atası onu pulsuz qoymur. Pul yığıb özünə kompüter almaq istəyirdi. Üstündə pul olduğu üçün 4 gün mağazadan ərzaq alıb yeyib. Ülvini sinif yoldaşının anası tapıb. Oğluna deyib ki, onu tut, qaçmasın. Sonra mənə zəng etdilər, gedib Ülvini evə gətirdik”.

P.Cəfərova oğlunun qaçırılması ehtimalını qəbul etmədiyini deyib: “Onu heç kim qaçırmayıb. Həmin yerdə tək olub. Biz də üstünə çox getmirik. Hazırda səhhəti normaldır. Amma gələndə ac və halsız idi. İndi hər şey qaydasındadır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar