Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Cadudan qurtulmağın yolları : EKSTRASENS TÖVSİYƏLƏRİ

Tarix: 25-09-2017 17:27     Baxış: 4721 A- / A+
Cadudan qurtulmağın yolları


“Cadu gücü ilə istənilən adamı öldürmək mümkündür. Deməli ölüm cadusu da var”.
Bu sözləri məşhur ekstasens Aqil Məhərrəmov mətbuata müsahibəsində bildirib. “İnsanın enerji mənbəyini bağladığın an o çökür. Canavarın sağ arxa ayağının pəncəsi ilə ölüm cadusu edirlər. Düzdür çoxları güləcək, amma inanmayan birinə desəm ki, gəl sənə o cadunu edim, qətiyyən razı olmaz. Ölüm cadusu insanı elə arıqladır ki, axırda bir dəri, bir sümük qalır. O qədər olur ki, həkimlərə gedib heç bir çarə tapmır, naçar qalıb, ekstrasensə üz tuturlar... Və faydasını da görürlər, təbii ki, dələduz ekstrasensə rast gəlməsələr”, - deyə o davam etmişdi.
Publika.az caduya inanan insanlar üçün cadudan xilas olmanın "Ekstrasenslərin döyüşü" yarışmasının qalibi, ekstrasens Viktoriya Raydos tərəfindən tövsiyyə edilən üsullarını təqdim edir.
Birinci üsul.
Kiçik ölçülü (sənədlərdə olduğu kimi) bir şəklinizi götürün.
Sonra şəklin ölçüsündən bir qədər böyük, təmiz ağ vərəq götürərək, şəkli onun ortasına yapışdırın.
Yapışdırılmış şəkilli kağızı ürək ərazisində elə yerləşdirin ki, şəkildəki üz irəli baxsın. 3 gün ərzində siz yapışdırılmış şəkilli vərəqi daşımalısınız.
3 gün sonra adi nəlbəki götürərək, onun ortasında kibritlə şam yandırın və yapışdırılmış şəkilli vərəqin ətraflarını – şəkildən kənar ağ yerlərini dəqiq kəsin.
Bundan sonra şəkli qabaqcadan hazırlanmış tünd zərfə qoyaraq elə bir yerə qoymaq lazımdır ki, sizdən başqa heç kim tapmasın: məsələn, şkafda dərin bir yerə və ya rəfdə hansısa kitabın arasına və s.
Kəsilmiş kağız qırıqlarını isə çox ehtiyatla, külünü ətrafa dağıtmamaq şərtilə şamın alovunda yandırmaq lazımdır. Sonra isə külü aparıb vanna otağında suya buraxın.
Bu arada şam, sona qədər yanıb qurtarmalıdır.
İkinci üsul.
Otaqda, çarpayınızın yanında kaktuslu dibçəyə çiy yumurta qoyun. Yumurtanın üzərinə flomasterlə öz adınızı yazın. Yumurta dibçəyin içində 9 gün qalmalıdır. Bu vaxt ərzində o, cadunun mənfi enerjisini canına çəkəcək. 9 gün sonra yumurtanı doğrayaraq, vanna otağında suya buraxın və bu sözləri deyin: "Yumurtanı atıram, özümdən bütün neqativ enerjini təmizləyirəm". Sonra kaktusa təşəkkür edin və onu sulayın.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar