Xəbər lenti
Qəbir oğurları tutuldu - Roza Əliyeva polis əməkdaşlarına təşəkkür etdi

Yevlax Rayon Polis Şöbəsinə rayon ərazisindəki qəbiristanlıqda qəbirlərdən birinin ətrafına çəkilmiş alüminium çərçivənin sökülərək oğurlanması barədə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə gələn əməliyyat qrupu tərəfindən müvafiq araşdırmalar aparılıb. Təxirəsalınmaz tədbirlərlə oğurluğu qrup halında törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İsmayıl Dərviş və Kamil Seyidov saxlanılaraq Polis Şöbəsinə aparılıblar. Tutarlı dəlillər qarşısında onlar törətdikləri əməli etiraf ediblər və oğurladıqları alüminium hissələri metal qəbulu məntəqələrindən birinə satdıqlarını bildiriblər. Maddi sübutlar polis əməkdaşları tərəfindən götürülüb.
Aparılan araşdırmalarla mərhumun ailə üzvləri də müəyyənləşdirilib və şəhər sakini Roza Əliyeva Yevlax RPŞ-ə dəvət edilərək oğurluq faktı, onu törətməkdə şübhəli bilinən şəxslərin tutulması barədə ona məlumat verilib. R. Əliyeva cinayətin açılmasına və təqsirkarların tutulmasına görə Yevlax RPŞ rəhbərliyinə və polis əməkdaşlarına təşəkkürünü bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar