Xəbər lenti 
					
 
		Britaniyalı arvadını eBay-da satışa çıxardı - FOTO

Böyük Britaniyanın Ueykfild şəhər sakini həyat yoldaşının eBay-da satışa çıxarılması barədə elan yerləşdirib.
“The Daily Mirror” nəşrinin məlumatına görə, 33 yaşlı Coker Saymon O`Keyn elanda xəstə olduğu zaman arvadının ona lazımi qayğı göstərmədiyini yazıb. İki uşaq atası həyat yoldaşının müsbət cəhətləri kimi bədən quruluşunu və yemək bişirmək bacarıqlarını göstərib.
Nəşr qeyd edir ki, O`Keyn elan yerləşdirilməsindən iki gündən sonra hərrac iştirakçılarının onun arvadına görə 65 min funt sterlinq (təxminən 86 min dollar) verməyə hazır olduğunu görəndə çox təəcüblənib.
27 yaşlı Leandra ərinin bu hərəkəti haqda həmkarlarından öyrənib.
“Mən onu öldürmək istədim. Saymon məni sadəcə satışa çıxarmayıb, o, elana mənim ən pis fotoşəklimi yükləyib”, - britaniyalı qadın deyib.(oxu.az)
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















