Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Müsəlmanların 27 il həbsdə yatan Qara Mandelası öldü

Tarix: 23-09-2017 18:36     Baxış: 5353 A- / A+
Müsəlmanların 27 il həbsdə yatan Qara Mandelası öldü
Misirdə Müsəlman Qardaşları Hərəkatının lideri kimi tanınan Məhəmməd Mehdi Akif həbsxanada vəfat edib.
Məhəmməd Mehdi Akifin vəfatı xəbərini qızı Ulya təsdiq edib.

Məhəmməd Mehdi Akif Qahirədəki ailə məzarlığında dəfn edilib. Dəfndə mərhumun yalnız ən yaxın qohumlarının iştirakına icazə verilib.

Qeyd edək ki, Məhəmməd Mehdi Akifin səhhəti saxlanıldlığı həbxsanada pisləşib. Onu Kəsr-Əl-Ayni Xəstəxanasına aparıblar. Ancaq liderin həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, ömürlük azadlıqdan məhrum edilən Akif haqqında verilmiş ağır cəza ötən ay qüvvədən salınıb və barəsində yeni məhkəmə prosesi başlayıb. Məhəmməd Mehdi Akif Müsəlman Qardaşları Hərəkatının Rəhbərlər Şurasının sədri postunda olub.

2010-cu ildə o bu posta namizəd olmayacağını elan etmişdi. Mərhum hərəkatda yeniçilik qanadının təmsilçisi kimi xarakterizə olunurdu. Misirdə baş verən 2013-cü ilin iyul çevrilişindən dərhal sonra həbs edilmişdi.

İxtisasca hüquqşünas olan Akif 1954-cü ildə Misirdə həbs edilib və barəsində ömürlük həbs cəzası çıxrılıb. Lakin 1974-cü ildə həbsdən buraxılıb. 1987-ci ildə isə Qahirədən Misir parlamentinə deputat seçilib.

1996-cı ildə yenidən həbs edilib. 1999-cu ildə azadlığa çıxan Məhəmməd Mehdi Akif 2009-cu ildə İordaniya Krallığının İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən İslam dünyasının 12 nüfuzlu şəxsindən biri seçilib.

1928-ci ildə doğulan Məhəmməd Mehdi Akif ömrünün 27 ilini həbsxanalarda keçirib.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar