Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Elmi işçilər aksiya keçirdilər: AMEA ilə qalmaqal böyüyür -FOTOLAR

Tarix: 22-09-2017 19:51     Baxış: 41 316 A- / A+
Elmi işçilər aksiya keçirdilər: AMEA ilə qalmaqal böyüyür
Alimlər üçün tikilən binadan ev ala bilməyən elmi işçilərlə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbərliyi arasında gərginlik uzun müddətdir ki, davam edir.
Görünən budur ki, vəziyyət düzəlmək əvəzinə getdikcə daha da gərginləşməkdədir. Belə ki, hüquqlarının pozulduğunu qeyd edən elmi işçilər tez-tez Şərifzadə küçəsində hazırda yaşadıqları aspirantlar yataqxanasının qarşısına toplaşıb, öz etirazlarını bildirirlər.

Manevr.az xəbər verir ki, sentyabrın 21-də yenidən narazı elmi işçilər AMEA-nın İşlər İdarəsinin müdir müavini, komissiyanın katibi Sərdar Əliyevin qəbulunda olublar. Lakin onlar bu dəfə də istəklərinə nail ola bilməyiblər. Elmi işçilərin sözlərinə görə, onlara yenidən haqları olan ev verilməyib və bildirilib ki, sizə mənzil düşmür. Daha sonra elmi işçilər yaşadıqları yataqxananın qarşısına toplanıb, etiraz aksiyası keçiriblər.

Elmi işçilərin bu vaxta qədər səsləndirdikləri problemləri ilə əyani şəkildə tanış olmaq üçün biz də onların hazırda yaşadıqları yataqxanaya yollandıq. Müşahidə etdik ki, yeni tikilən çoxmərtəbəli binaların arasında qalan yataqxana, gerçəkdən də heç də yaxşı vəziyyətdə deyil. Elmi işçilərlə söhbət etdiyimiz zaman onlar bildirdilər ki, vaxtilə yataqxananın geniş həyəti olub. Sonradan isə tikilən binalar nəticəsində onlar necə deyərlər, küncə sıxılmış vəziyyətdə qalıblar. Elmi işçiləri narahat edən əsas məsələlərdən biri də yataqxanaya çox yaxın məsafədə ucaldılan göydələndir. Onların sözlərinə görə, bu bina tikilən zaman xeyli əziyyət çəkiblər. Bu əziyyət, indi də bitməyib.

20 ilə yaxın AMEA-da işləyən Məzahir Təhməzov bildirib ki, 2011-ci ildə ölkə prezidentinə müraciət edərək, ev istəyiblər: “AMEA-nın prezidenti mərhum Mahmud Kərimov ölkə rəhbərinə müraciət edib və buna cənab prezident müsbət cavab verib. Daha sonra isə 118 ailənin imzası alındı və Prezident Aparatına göndərilərək təsdiq olundu. Qeyd olundu ki, hər bir ailəyə sahəsi 65 kvadratmetr olan mənzil verilsin. Lakin bina hazır olandan sonra 54 nəfərə verildi, biz isə evsiz qalmışıq. Bu gün də Sərdar müəllimlə görüşdük və eyni arqumentləri gətirərək, bizə ev vermədilər. Artıq yalan arqumentləri əzbərləyiblər. Yataqxananın həyəti 1 hektara yaxın idi və burada yaşı 50-100 il olan ağaclar da vardı. 2012-ci ildən sonra isə burada binalar tikilməyə başladı və yaşıllıqlar da məhv edildi”.

Elmi işçi Sahil İbrahimli də oxşar fikirlər səsləndirdi: “Mənə deyirlər ki, sən AMEA-dan çıxmısansa ev ala bilməzsən. Hətta mənə deyirlər ki, yataqxanada kim yaşayırsa, onun buradan çıxarılması məsələsinə də baxacağıq. Daha hara müraciət edəcəyimizi bilmirik”.

Elmi işçilər bildirdilər ki, onların tək ümidi ölkə başçısınadır. Elmlər namizədi Mehman Qurbanlı qeyd etdi ki, 1986-cı ildən AMEA-da çalışıb: “Bizim elə bir razılaşmamız yox idi ki, burada axıra qədər işləməliyəm. Maaş yox, pul yox, nə etməliydim? Dolanmaq üçün başqa yerdə müəllim işləmişəm. İndi də deyirlər ki, siz artıq AMEA-da işləmirsiz. Bu, sadəcə olaraq bir söz oyunudur. Camaat müqavilə bağlamayıb ki, ölənə qədər AMEA-da çalışacaqlar. Burada bina tikən zaman camaat nə zülmlər çəkib. Heç bir təhlükəsizlik tədbirləri alınmamışdı. İndi də yataqxana qalıb binaların arasında və nəmişlikdən nəfəs almaq olmur. Bu, xüsusilə də uşaqlarımız üçün böyük təhlükədir. Divarların dibi göbələklə doludur. Vəziyyətimiz çox bərbaddır. Havasızlıqdan nəfəs ala bilmirik. İndi yataqxananı sökməsələr belə, burada yaşamaq da qeyd etdiyimiz səbəblərdən çox çətindir”.

Elmi işçilər bildirdilər ki, əslində onlar üçün tikilən evlər 2015-ci ildə təhvil verilməli idi. Ancaq hələ də onlara ev verilməyib.

Mehri Xanbabayeva bildirib ki, 24 ildir, akademiyada işləsə də ona ev verilmir: “Burada heç kimin əmlakı yoxdur. Nə üçün yataqxanadan 54 nəfərə ev verilir, qalanlarına verilmir. Mənə deyirlər ki, yoldaşının adına ev olub. Halbuki, mən 7 ildən çoxdur ki, yoldaşımdan ayrılmışam. İndi onun adında ev olmasından mənə nə? Bu kimi bəhanələrlə bizə ev verməkdən imtina ediblər. Burada təsadüfü adamlar yoxdur. Hər kəs akademiyada çalışıb və ya hazırda da yaxınları orada çalışır. Kimsə özbaşına bura gəlib, girə bilməz. Akademiya mütləq şəkildə həmin şəxsə order verməlidir. Vaxtında 3 ilə bizə ev verməli idilər. Verilmədi, indi də vəziyyət bu yerə gəlib çıxıb”.

Şölə Orucova bildirdi ki, onun yoldaşı da 24 il AMEA-da çalışıb, ancaq ev ala bilmir: “1991-ci ildə gənc mütəxəssis kimi ev növbəsinə durub. İrəliləyən zamanlarda isə bizim buradakı qeydiyyatımız daimi olandan sonra 2014-cü ildə yoldaşımı işlədiyi institutdan ixtisar ediblər. Onun kimi burada onlarla alim var. Həmin şəxsləri akademiyanın qurbanları adlandırmaq olar. Bax, bu elmi işçilərə bildirilir ki, siz AMEA-da çalışmırsız və ev ala bilməzsiz. 2012-ci ildə müqavilə bağlanıb, 2014-cü ildə bu adam işdən çıxarılıb. Hansı qanunlarla ona ev verilmir? Bundan başqa 35 ildir ki, AMEA-da çalışıb, pensiyaya çıxanlara da indi ev verilmir. Vəziyyətimiz bu cürdür”.

Elmi işçilər bildirdilər ki, problemlərinin həll edilməsi üçün növbəti addım kimi məhkəməyə müraciət edəcəklər.musavat.com

Manevr.az

Elmi işçilər aksiya keçirdilər: AMEA ilə qalmaqal böyüyür
Elmi işçilər aksiya keçirdilər: AMEA ilə qalmaqal böyüyür
Elmi işçilər aksiya keçirdilər: AMEA ilə qalmaqal böyüyür
Elmi işçilər aksiya keçirdilər: AMEA ilə qalmaqal böyüyür
Elmi işçilər aksiya keçirdilər: AMEA ilə qalmaqal böyüyür

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar