Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

“Burada Dağlıq Qarabaq mövzusunu müzakirəyə çıxarmayaq” - ERMƏNİ DEPUTAT

Tarix: 22-09-2017 13:30     Baxış: 5333 A- / A+
“Burada Dağlıq Qarabaq mövzusunu müzakirəyə çıxarmayaq”
“Burada Dağlıq Qarabaq mövzusunu müzakirəyə çıxarmayaq”.
Manevr.az-ın “report”a istinadən verdiyi məlumata görə, bunu Bakıda Milli Məclis, Avronest Parlament Assambleyasının Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyətləri üzrə komitəsi, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunun və BMT-nin Azərbaycandaki ofisinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda keçirilən konfansda Ermənistan parlamentinin Avronest PA-da nümayəndə heyətinin rəhbəri Armen Aşotyan deyib.
Deputat tədbirdə antierməni təbliğatı aparıldığını iddia edib.
Onun sözlərinə görə, Avronest PA Ermənistan üçün üçün çox vacibdir: “Çox sağ olun ki, bizi dəvət etmisiniz. Burada olmağımız şansdır”.
Azərbaycan təhsil nazirinin müavini Ceyhun Bayramov isə bildirib ki, Azərbaycanda xalqlar arası dözümsüzlüyə dövlət səviyyəsində yol verilmir: “O cümlədən erməni xalqına nifaq və dözümsüzlük Azərbaycan məktəblərində təbliğ edilmir. Biz Azərbaycan torpaqlarının işğalı faktından danışırıqda, bəzilərinin öz ölkələrinin köçkün olmasından danışırıqsa, problemin kökünü başa düşməliyik. İnsanlar bütün tarixi həqiqətləri bilməlidirlər”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar