Xəbər lenti
Mikayıl Cabbarov Nazim İbrahimovun kadrlarını İŞDƏN ÇIXARIR
Xəbər verdiyimiz kimi, Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) növbədənkənar hesabat-seçki konfransı baş tutub. Qurumun prezident postuna yeganə namizəd təhsil naziri Mikayıl Cabbarov səsverməyə əsasən rəhbər seçilib.
Mikayıl Cabbarov Nazim İbrahimovun yeni təyin etdiyi kadrları işdən azad edə bilər. O, yeni komanda qurmağı planlaşdırır. Məlumata görə, vəzifədən azad olunacaq şəxslər arasında vitse-prezident Ramin Məmmədov, baş katib Asəf Məlikov, baş məşqçi Oktay Şahverdiyev, nəzarət-təftiş komissiyasına üzvləri İslam Rəhimov, Elxan Əhmədov və Sudeyif Quliyev də var.
Məsələ ilə bağlı İbrahimovun keçirdiyi sonuncu iclasda baş katib seçilən Asəf Məlikov Unikal.org-a danışıb. O yenidən seçkilər keçiriləcəyini təsdiqləyib:
"Yeni federasiya rəhbərliyi öz komandasını müəyyən edəcək. Yekdilliklə seçilmiş hörmətli Mikayıl müəllimin təklifi əsasında seçki keçiriləcək. Bu barədə Mikayıl müəllim özü də açıqlama verdi”.
Qeyd edək ki, M.Cabbarov növbəti tsikldə qılıncoynatmanın da inkişafına nəzarət edəcək. O, bu postda avqustun 17-də növbəti dəfə AQF-in prezidenti seçilən Nazim İbrahimovu əvəzləyib.unikal.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar