Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda Robot Olimpiadasının seçim yarışı keçiriləcək

Tarix: 20-09-2017 12:09     Baxış: 5278 A- / A+
Azərbaycanda Robot Olimpiadasının seçim yarışı keçiriləcək
Oktyabr 7-dən 8-dək Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyi və AREA (Azərbaycan Robototexnika və Mühəndislik Akademiyası) ilə birlikdə Bakı Olimp İdman Kompleksində ilk dəfə olaraq Dünya Robot Olimpiadası üzrə Azərbaycan seçim yarışı keçiriləcəkdir.
Nazirlikdən verilən məlumata görə, 8-19 yaşlı gənclərimiz aşağıdakı kateqoriyalar üzrə mübarizə aparacaqlar:
Robot futbolu – hər biri iki robotdan ibarət olan komandalar bir-biri ilə futbol qaydalarına əsasən mübarizə aparacaq.
Açıq kateqoriya – iştirakçılar müxtəlif mövzulara həsr olunmuş ideyalarını və robotik layihələrini sərgiləyəcək.
Əsas kateqoriya – iştirakçılar 3 yaş qrupu üzrə Dünya Robot Olimpiadasının qoyduğu məsələləri həll etməyə çalışacaq.
Qeyd edək ki, yarışda qalib gələn komandalar diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılacaq, həmçinin cari ilin 10-12 noyabr tarixlərində Kosta-Rikada keçiriləcək Dünya Robototexnika Olimpiadasının finalında Azərbaycanı təmsil etmək hüququ əldə edəcəkdir.
İlkin olaraq Bakı Ali Neft Məktəbi, Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti, Zərifə Əliyeva adına lisey, Kaspi liseyi, Bakı Modern Məktəbi, İstək liseyi, “Step İT” akademiyası və “ABC College” liseyindən olan komandalar qeydiyyatdan keçiblər.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan 2016-cı ilin noyabrında Dünya Robot Olimpiadası Assosiasiyasına üzv olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar