Xəbər lenti
Dilqəm Əsgərovun oğlundan ATƏT-in iclasında TƏSİRLİ SÖZLƏR: "Mən də atamı..."
Erməni girovluğunda saxlanan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov ATƏT-in Varşavada keçirilən toplantısında çıxış edib.
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, o, atasının Kəlbəcərdə öz anasının qəbrini ziyarət edərkən ermənilər tərəfindən oğurlandığını bildirib.
Kürdoğlu Əsgərov əlavə edib ki, hazırda atasının vəziyyəti ağırdır:
“Atam oğurlanarkən çəkisi 95 kiloqram idi. Hazırda isə 45 kiloqrama qədər arıqlayıb. Ailəmiz çox pis vəziyyətdədir. Atamın səhhətində ciddi problemlər yaranıb. Ürəyində, belində və başında şiddətli ağrılar var. Sizin hamınızın övladlarınız var və axşam saatlarında siz onlarla vaxt keçirirsiz. Mən də atamı görmək, onunla söhbət etmək istəyirəm. İstəyirəm ki, ad günümü atamla birgə qeyd edim. Burada çox böyük diplomatlar və səfirlər əyləşib. Sizdən xahiş edirəm ki, atamın azadlığa çıxmasına çalışasız. Mənim atamın heç bir günahı yoxdur. Günahsız insanların girovluqda saxlanılmasının özü bir cinayətdir”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar