Sizin Reklam Burada
Xəbər lenti
21-02-2025
20-02-2025
BÜTÜN XƏBƏRLƏR

Yol polisi sükan arxasında qızının ölüm xəbərini alan qadın sürücüyə belə yardım etdi -VİDEO

Tarix: 19-09-2017 09:41     Baxış: 4520 A- / A+
Yol polisi sükan arxasında qızının ölüm xəbərini alan qadın sürücüyə belə yardım etdi


Bakıda yol polisi sükan arxasında ikən qızının ölüm xəbərini alan qadın sürücüyə yardım göstərib.

Manevr.az "Report"-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda, metronun 20 Yanvar stansiyasının yaxınlığında baş verib.

Ziya Bünyadov prospekti ilə hərəkətdə olan "10-VE-337" dövlət qeydiyyat nişanlı "Mitsubishi" markalı avtomobilin qadın sürücüsü yolun ortasında qəfil əyləci basaraq avtomobili saxlayıb və maşından düşərək digər sürücülərdən onun avtomobilini idarə etmək üçün kömək istəyib. Onun bu davranışına qızının oxuduğu kollecdə öldüyünə dair xəbər alması səbəb olub. Xanım sürücü xəbərin təsirindən özünü itirib. Bu zaman ərazidə xidmət göstərən Yol Patrul Xidmətinin (YPX) 5-ci tağımına məxsus "99-YP-495" dövlət qeydiyyat nişanlı avtomobildəki əməkdaşlar xanım sürücüyə yardım göstəriblər.

Kiçik çavuş İlkin Məlikov xanımın avtomobilinə əyləşib və baş çavuş Ələsgər Cavadinin idarə etdiyi YPX-yə məxsus avtomobilin müşayiəti ilə qadın sürücünü sözügedən Bakı İdarəetmə və Texnologiya Kollecinə çatdırıb. Onlar əraziyə gəldikdə qızın ölmədiyi məlum olub. Kollecə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb olunub. Öldüyü bildirilən gənc qız özünə gəlib. Qadın sürücü YPX əməkdaşlarına təşəkkürünü bildirib.

Qeyd edək ki, qız uzun müddətdir epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar