Xəbər lenti
Müəllimlərin dərs yükü və əməkhaqları artırılacaq - SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov "Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncam imzalayıb.
Sərəncamda qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan və 2017-ci il iyunun 30-da keçirilmiş bilik və bacarıqlarının qiymətləndirilməsində müəyyən olunmuş keçid balını toplayan müəllimlərin həftəlik dərs yükü norması və aylıq vəzifə maaşları qanunvericiliklə nəzərdə tutulmuş qaydada artırılsın.
Sərəncam 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
Qeyd edək ki, bu ilin iyun ayda keçirilən imtahanlarda 562 müəllim müəyyən olunmuş keçid balını toplayıb. Həftəlik dərs yükü norması və aylıq vəzifə maaşının artırılması da keçid balını toplayan həmin müəllimlərə şamil olunacaq.unikal.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar