Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda radio rəhbəri bütün heyəti ilə işdən çıxarıldı

Tarix: 18-09-2017 15:04     Baxış: 4276 A- / A+
Azərbaycanda radio rəhbəri bütün heyəti ilə işdən çıxarıldı
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə aid 107.7 FM dalğasında yayımlanan "Avto Radio"nun rəhbəri Cavid Nemətzadə və komandası işindən ayrılıb.

Manevr.az "ölkə.az"-a istinadən xəbər verir ki, on beş nəfərlik komandadan on ikisi iş yerini tərk edib. C.Nemətzadə faktı təsdiqləyib:

"Sentyabrın 9-dan rəhbərlik qərara aldı ki, menecment idarəetməni "Beat Group"a təhvil versin. "Avto Radio" mənimlə yarandı, mənimlə də getdi. Artıq rebrending edərək, adını da dəyişiblər. "Instagram" səhifələrində də dəyişiklik var. Rəhbərlik "Beat Group"la işləmək və yeni mahnılar vermək qərarına gəldi. Mənə deyilən səbəb bu idi. Görünür, mənim götürdüyüm istiqamət, retro rəhbərliyin xoşuna gəlmir, yeni mahnılar eşitmək istəyir. Özümə maraqlı gəldi ki, niyə bu işi bizə yox, "Beat Group"a həvalə etdilər. Bu artıq böyük sualdır. Sizin vasitənizlə yeni komandaya uğurlar arzu etmək istəyirəm. Biz oradan rəhbərlik etdiyim komandayla çıxmışıq. On beş nəfər idik, üç nəfər onlarla işləyəcək. Digər on iki nəfər prodakşn kimi fəaliyyətimizi davam etdirəcəyik".

Qeyd edək ki, Cavid Nemətzadə ötən ilin sentyabrında Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə aid 107.7 FM dalğasında yayımlanan "Avto Radio"ya rəhbər təyin edilmişdi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar