Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

Jurnalist Elçin İsmayıllıya 9 il həbs

Tarix: 18-09-2017 11:52     Baxış: 4337 A- / A+
Jurnalist Elçin İsmayıllıya 9 il həbs
Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynovun sədrliyi ilə jurnalist Elçin İsmayıllı barəsində keçirilən məhkəmə bu gün yekunlaşıb.

Bu barədə unikal.org-a vəkil Elçin Sadıqov məlumat verib.

Vəkil Elçin İsmayıllının 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu bildirib:

"Hökmdən apellyasiya şikayəti verəcəm, tamamilə qanunsuzdur. Elçin İsmayıllı heç bir cinayət törətməyib və bu məhkəmədə də sübut olunub.

Mənim barəmdə qanunsuz və əsassız olaraq Vəkillər Kollegiyasına müraciət olundu. Müraciətin səbəbi hakimin müdafiə hüququnu kobud şəkildə pozması, məndən etdiyi qanunsuz tələbi (orderin tarixini dəyişməməyimdir) yerinə yetirməməyimdir”.

İsmayıllıda yaşayan müstəqil jurnalist Elçin İsmayıllı bu il fevralın 17-də saxlanıb. Nəsimi Rayon Məhkəməsi fevralın 18-də onun haqqında 24 günlük həbs qətimkan tədbiri seçib.

Jurnalist barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yoluyla pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar