Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ölüsünü söydürüb, dirisinə çörək qazananlar... - Seymur VERDİZADƏ

Tarix: 12-09-2016 19:51     Baxış: 5486 A- / A+
Ölüsünü söydürüb, dirisinə çörək qazananlar...
Seymur Verdizadə
(Qafqazinfo üçün)

Bu məzmunda yazılı təhdidlərə tez-tez rast gəlmək mümkündür: “Bura zibil atanın ölüsünə lənət olsun”.

Ərazinin zibillənməsini istəməyən adamların istifadə etdikləri metodologiya başadüşüləndir. Çünki biz azərbaycanlılar dirilərimizdən çox ölülərimizin təəssübünü çəkirik. Tərəf müqabilimizi inandırmaq üçün əksəriyyətimiz bu anddan tez-tez istifadə edirik: “Atamın goru haqqı düz deyirəm”.


Mən uşaq olanda kimsə atasının goruna and içib, qatığın qara olduğunu desəydi, ona inanardım. Çünki bu cür tərbiyə almışdım. Dünyadan köçmüş adamın ruhunu incitmək böyüdüyüm mühitdə ən böyük qəbahət sayılırdı. Biz özümüzü həmişə ölülərimizin ruhu qarşısında borclu saymışıq...

Vəhşi kapitalizm bir çox adət-ənənələrimizi, milli dəyərlərimizi sarsıtdığı kimi, dünyadan köçmüş əzizlərimizə münasibəti də dəyişdi. Təkcə dirisini deyil, hətta ölüsünü də öz cılız maraqlarına alət edən adamların sayı getdikcə artır. Ötən gün Bakıətrafı qəsəbələrin birində analoji məzmunlu xəbərdarlıq cüzi orfoqrafik fərqlə yenə diqqətimi cəlb etdi: “Bura zibil atanın ölüsünə nəhlət olsun”. Maraqlısı o idi ki, bu elanın üç-dörd yerdə yapışdırılmasına baxmayaraq, ərazidə iki maşın zibil qalaqlanmışdı...

Bir tanışım var, xəsis adam olduğu üçün həmişə metro çıxışlarından bazarlıq edir. Ötən gün dedi ki, meyvə alanda tərəzidə onu bir kilo aldadıblar. Məsləhət gördüm ki, həmin satıcını tapıb, verdiyi artıq pulu geri alsın. Cavabı belə oldu: “İki dəfə getsəm də, həmin adamı yerində tapa bilmədim. Amma əvəzində nəslində nə qədər ölü vardısa, hamısını yan-yana düzdüm”.

Mən söyüş söyməyin, xüsusilə də dünyadan köçmüş adamları söyməyin əleyhinəyəm. Amma kasıb bir müştəridən 4 kiloqram meyvənin pulunu alıb, onu evinə 3 kilo çürük alma ilə yola salan satıcı bilməlidir ki, bu hərəkətinə görə onun təkcə dirisini deyil, həm də ölüsünü söyəcəklər...

Təəssüf ki, Azərbaycanda yas mərasimləri ilə bağlı vahid qayda-qanun tətbiq etmək mümkün olmadı. Özlərini göstərmək istəyən varlılar ehsan sevdasından əl çəkmədikləri üçün kasıblar onların arxasınca sürünmək məcburiyyətində qalıblar. Sosial statusumuzdan asılı olmayaraq, hər birimiz cəmiyyətin bir parçası olduğumuzdan ehsan süfrəsi açdığına görə heç kimi qınamaq doğru deyil. Amma qınanılası, müzakirə olunası vacib məqamlar var. Son vaxtlar paytaxt qəbiristanlıqlarında “üç-dörd mərtəbəli” məzarlar peyda olub. Bu, təkcə israfçılıq deyil, həm də İslam dininin əsaslarından bixəbər olmağın əlamətidir. Bu cür nəhəng qəbirləri görəndə mənə elə gəlir ki, bəzi adamlar ölülərinin geri qayıdacağından ehtiyatlanırlar. Torpağın altda yatan adamın üstünə 3-4 ton ağırlığında qara mərmər döşəməyin başqa izahı varmı?

Atamı cavan yaşda itirdiyimdən Zabrat qəbiristanlığı son 12 ildə ən çox baş çəkdiyim ünvanlardan birinə çevrilib. Dünənki müşahidələrimi yazıram: həmin o “üç-dörd mərtəbəli” qəbirlərin əksəriyyətinin üstündə bir qarış torpaq vardı. On min manat verib nəhəng sinədaşı düzəltdirən adamların çoxu 10 ayda bir dəfə həmin məzarları ziyarət etmirlər...

Yəqin ki, bu mənzərə ilə siz də qarşılaşmısınız: elə məzarlar var ki, ətrafında bitən alaq otlarının, tikanların hündürlüyü bir metri keçib. Bu üzdən bir çox insanlar doğmalarının həmin ərazidə yerləşən qəbirlərini ziyarət etməyə çətinlik çəkirlər. Əzizlərinin məzarını ziyarət edərkən iri-iri tikanları ayaqlamaq məcburiyyətində qalan bəzi adamların necə nalayiq ifadələr işlətdiklərini öz qulaqlarımla eşitmişəm...

Yenə yazıram, mən söyüş söyməyin, ələlxüsus da haqq dünyasında olan adamları söyməyin qəti əleyhinəyəm. Amma gərək diri də əclaflıq edib, ölüsünü söydürməsin...


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar