Sizin Reklam Burada
Xəbər lenti
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

37 il tənhalıqda : çevrilişdən qaçıb meşədə gizləndi...

Tarix: 17-09-2017 20:55     Baxış: 6421 A- / A+
37 il tənhalıqda
37 il əvvəl Türkiyədə 12 sentyabr hərbi çevrilişində qaçıb meşədə gizlənən və bu vaxta qədər orada yaşayan Mahir Dəyirmançı təsadüf nəticəsində tapılıb.
Manevr.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursa vilayətində odun yığmağa gedən kəndlilər meşənin 40 kilometr dərinliyində bir nəfərə rast gəliblər.
Danışmaqda çətinlik çəkən kişi vəhşi heyvanlardan qorunmaq üçün özünə kiçik koma düzəldib. O, quş, dovşan və digər kiçik heyvanları ovlayaraq, yağış suyu içərək sağ qalıb. Onun yaşadığı yerin ətrafında meyvə və tərəvəz əkilmiş kiçik sahə də aşkarlanıb.
Bundan başqa, komanın ətrafında yerə basdırılmış çoxlu sayda siyasi jurnal və kitablar da tapılıb.
Kəndlilər onu görən kimi polisə xəbər veriblər. Bu zaman kişi qaçmağa çalışsa da, yaxalanıb. Məlum olub ki, illər əvvəl itkin düşmüş bu şəxsin ailəsi belə onun öldüyünə inanıb. Bir neçə ildir axtarışlarını dayandırıblar.
Polis və kəndlilərlə söhbətində M.Dəyirmançı Türkiyənin keçmiş prezidenti Kenan Evreni soruşub, onun öldüyünü eşidəndə isə buna inanmadığını deyib.
Tibbi müayinədən keçirilən kişinin səhhətində heç bir problemi olmadığı müəyyən edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar