Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Axund vəzifəsinin ləğvi dindarları ikiyə böldü : QARŞI-QARŞIYA

Tarix: 17-09-2017 19:28     Baxış: 4288 A- / A+
Axund vəzifəsinin ləğvi dindarları ikiyə böldü


Azərbaycan məscidlərində axund vəzifəsi ləğv edilir.
Bu barədə qərar Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının son iclasında qəbul edilib. Qərara əsasən, məscidlərdə vahid idarəçilik sisteminə keçilir və bütün məscidləri idarə edənlər imam statusu alacaqlar. Bu təklif bir qrup dindarlardan gəlsə də, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) də, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da ideyanı dəstəkləyib. Təklifə Şeyxülislam Hacı Allahşükür Paşazadə da müsbət yanaşıb, məsələyə baxılmasının mümkünlüyünü qeyd edib.
Bəs bu islahat hansı effekti verəcək?
Yazıçı-publisist, dini məsələlər üzrə ekspert Hafiz Mirzə “Cümhuriyət” qəzetinə deyib ki, axundluq şiə, imamlıq sünni təmayüllüdü:

Axund vəzifəsinin ləğvi dindarları ikiyə böldü


“Şiələrdə məscidin dini rəhbəri axunddur. İmamlar isə daha çox sünnilərə aiddir. Hesab edirəm ki, axund vəzifəsinin ləğvi və yalnız imamlığın saxlanması yaxşı effekt verməyəcək. Nəsə düzgün hərəkət deyil. Daha doğrusunu isə Qafqaz Müsəlmanları İdarəsi bilər.
Bu addım şiəliyin müəyyən ayinlərinə, atributlarına qarşı qısqanclığını ehtiva edir. Mən inanmıram ki, o Azərbaycan üçün effektiv olsun”.
“Məscidin mollasına imam deməklə…”
Ekspert qeyd edib ki, axundluq istitutu Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi yaranandan var:
“Axı səbəb nədir ki, axundluğu ləğv edirlər, imamlığı saxlayırlar? İmam deyəndə biz həmişə İmam Hüseyni, 12 imamı qəbul etmişik. İmam stereotipini mollalara da şamil edəndə sanki ucuzlaşdırırlar. Bizim üçün imam ifadəsi peyğəmbərimizin nəvə-nəticələri xatırladır. Hər məscidin mollasına imam deyə-deyə imamlıq institutunu kiçildə bilərik.
Ola bilər ki, bu düşünülmüş şəkildə buna hesablanıb. Onun tərəfindəyəm ki, Azərbaycanın nəyi varsa, qalsın və o inkişaf etdirilsin. Başqa ölkələrin modelləri bizə lazım deyil.
Özümüz hər şeyə qadirik, sadəcə, özümüzü dəyərləndirə bilmirik. Heç düşünmürük ki, başqa ölkələr bizdən öyrənsinlər”.
Hafiz Mirzə əlavə edib ki, qeyd olunan təklifin icrası yalnız ölkədə məzhəblərarası qarşıdurma yarada bilər:
“Bu məsələ dindarları qıcıqlandıra bilər. Sadəcə ehtimal edirəm. Hər halda bu heç də xoşagələn məsələ deyil. Bütün məsələlərimiz düzəlib, qalıb axundluğun ləğv olunması”?
“Bu addım məzhəbi vəhdətin bir nümunəsidir”
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin ictimaiyyətlə əlaqələr və ailə məsələləri üzrə müavini Qəmər Cavadlı isə bildirib ki, təəssüf ki, media məsələnin mahiyyətini yanlış başa düşüb:

Axund vəzifəsinin ləğvi dindarları ikiyə böldü


“Söhbət axundluq institutunun ləğvindən deyil, “axund” ifadəsinin ümumiləşdirilmiş və bütün müsəlman aləmində qəbul edilmiş “imam” (imam-camaat, imam-xətib, imam-naib və s.) sözü ilə əvəz edilməsindən gedir. Axund və İmam vəzifə baxımından eyni işdir, lakin ifadə baxımından məzhəbi fərqliliyi ortaya çıxarır. İslam həmrəyliyi ili çərçivəsində məzhəb vəhdətin bir nümunəsi, həmçinin dünyada qəbul olunmuş ifadə (istilah) standartlarına uyğun olaraq QMİ belə bir təkliflə çıxış etdi və hər iki məzhəb nümayəndələri tərəfindən müsbət qarşılandı. Dünyanın bütün müsəlman dini qurumlarında İmam sözü işlədilir, Axund sözü populyar deyil. Özəlliklə diqqətinizə çatdırmaq istərdim ki, bu istilah dəyişməsi zamanla reallaşacaq, bu günə qədər mövcud olan “axund” sözü tədricən termin kimi yerini “imam”a verəcək” /cebhe.info/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar