Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əhalini təcili silahlandırın! - Çağırış edildi

Tarix: 17-09-2017 17:42     Baxış: 6951 A- / A+
Əhalini təcili silahlandırın!
"Bizə ordunu, polisi, təhlükəsizlik sistemini və dövlətin digər qurumlarını ərzaq, geyim və digər zəruri mallarla təmin edə biləcək, 100 faiz məşğulluğu olan, sosial cəhətdən tam təmin olunmuş əhali lazımdır.

Manevr.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə tert.am-a "Ermənistanın sərhədyanı zonalarının və Qarabağın azad edilmiş ərazilərini (işğal altında olan ərazilər-red) zəmanətli təhlükəsizlik zonalarına çevirmək” konsepsiyasının müəllifi, hərbçi Hrayr Melkonyan deyib.Melkonyanın fikrincə, müəllifi olduğu konsepsiyanıErmənistanın Müdafiə Nazirliyinə təqdim edib.

Erməni hərbçi Azərbaycan-Ermənistan sərhəd xətti boyunca bütün əhalinin təcili silahlandırılmasını bildirməklə yanaşı, sərhəd bölgələrində insanların nəinki bölgəni, hətta ölkəni tərk ediyini etiraf edib: "İnsan özü gərək müdafiə sisteminin bir elementi olsun. Heç bir ərazi məskunlaşdırılmadığı halda yaxşı müdafiə oluna bilməz. Təcili yaşayış olmayan ərazilər məskunlaşdırılmalı, yiyəsiz ərazi qalmamalıdır. Ölkəni, xüsusən də sərhədyanı zonaları tərketmə halları çoxalıb. Elə kənd var ki, 5-10 ev qalıb. 1990-cı illərdən nəzərə çarpan ölkəni tərketmə artıq real fakta çevrilib. İnsanların ölkəni, evlərini tərk etməməsi üçün sərhədyanı zonalar cəlbedici olmalıdır. Əvvəllər belə problem yox idi. Çünki kəndlərdə məktəb, klub, bağça vardı, işsizlik yox səviyyəsində idi. Kənd yerlərində problem kompleks həll olunmalıdır. Çünki insanların kreditlərdən faydalanmasına baxmayaraq, kiçik bir çatışmazlıq olan kimi şəhərə qaçırlar."

Melkonyan sərhədyanı zonaların müdafiə olunması üçün əhalinin silahlandırılmasını vacib hesab edir və ərzaq məhsullarının bölgə əhalisi tərəfindən təmin edilməsini vurğulayıb.

"Ölkəni dağıdan tender məsələsi bu ərazilərdən çıxarılmalıdır. Maliyyə ayırıb, nəzarət mexanizmini yaradaraq, tərəvəz, kartof əkdirməklə, zamanı gələndə isə vasitəçi olmadan onu birbaşa kəndlidən almaq lazımdır. Nə qədər deyilsə də, hamı bilir ki, tenderlərin heç biri şəffaf deyil. Bütün qurumların geyim dəstini xaricdən deyil, yerli müəssisələrdə istehsal etmək olar. Təhlükəsizlik məsələsində isə əgər mən həmin kəndin sakiniyəmsə, nə üçün öz təhlükəsizliyimə görə, yalnız orduya ümid etməliyəm."- deyə erməni hərbçi bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar