Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ər və arvad eyni biznesdə və ya Heydər Babayevin ailəsi –Ermənilər üçün işəgötürən...

Tarix: 16-09-2017 10:54     Baxış: 5816 A- / A+
Ər və arvad eyni biznesdə və ya Heydər Babayevin ailəsi


Hamıya məlumdur ki, Heydər Babayev "Standard Insurance” sığorta şirkətinin sahibidir. Bu şirkət bu yaxınlaradək Gürcüstanın "Standard Insurance Georgia” sığorta şirkətinin səhmlərinin 100%-nə sahib idi. Bu yaxınlarda "Standard Insurance Georgia” şirkətinin ermənilərin işə qəbul edilməsi və erməni şirkətləri ilə əməkdaşlıqla bağlı qalmaqalda hallanırdı.

Bu barədə 365.az-da maraqlı araşdırma dərc edilib.Araşdırmanı istindla təqdim edirik:

Bununla bağlı şirkətin keçmiş sahibi "Standard Insurance” sığorta şirkəti rəsmi açıqlama verərək ictimaiyyətə bildirib ki, onlar şirkəti satıb və "Standard Insurance Georgia”nın artıq Azərbaycana heç bir aidiyyatı yoxdur... Belə çıxır ki, Heydər Babayev Gürcüstan şirkətini satıb və artıq ona heç bir aidiyyatı yoxdur... Özləri bilər, qoy erməniləri oraya götürsünlər... Ancaq bu doğrudurmu?
Biz bu sığorta şirkəti ətrafında həqiqətən nələrin baş verdiyi aydınlaşdırmaq istədik və maraqlı faktlar üzə çıxdı...

Gürcüstan Reyestrinin rəsmi saytında Gürcüstanda sığorta edilmiş şirkətlər barədə maraqlı informasiyalar görmək olar... Bu il avqustun 3-də "Standard Insurance Georgia” yeni direktor təyin etmək qərarına gəldi və bu qərarı məhz "Standard Insurance”in İdarə Heyyətinin sədri Kamran Bağırov imzaladı (bir qədər sonra biz Bağırov barədə maraqlı detalları açıqlayacağıq, daha dəqiq desək, onun maxenasiyasının sxemlərini), həmçinin onlar şirkətin Nizamnaməsini dəyişmək qərarına gəldilər və sənədlərini təqdim etdilər... Bu proseduru reyestr keçirmədi, çünki onlar bunu bəzi pozuntularla edirdilər... Bu sənədlərdən görünür ki, onların Nizamnaməsini xanım Aliyə Babayeva təsdiqləyirdi...

Bəli, bəli, Babayeva...

Bu necə olur? Axı Babayevlər ailəsi "Standard Insurance Georgia”nın keçmiş sahibləri idilər?
Biz araşdırma apardıq və məlum oldu ki, Aliyə Babayevə Heydər Babayevin qanuni həyat yoldaşıdır... Belə çıxır ki, Heydər Babayev şirkəti öz arvadına satıb... Lakin, bir qədər əvvəl mətbuatda səslənən fikirlərə görə, şirkəti zərərlə işlədiyi üçün satmışlar.

Belə çıxır ki, onlar hamını aldadıb?

Şirkəti Avropa şirkəti kimi təqdim etməyə başladılar, əslində isə 100% benefisiar xanım Babayeva? Gürcüstan reyestrinin məlumatında dəqiq görünür ki, Babayev ona məxsus Gürcüstan şirkətini 100% xanımı Aliyə Babayevanın sahibi olduğu "Mercury Europe Holdings” Lüksenburq şirkətinə satıb. Təəssüflər olsun ki, sövdələşmənin məbləği barədə informasiya bizə hələ ki, məlum deyil, lakin "Standard Insurance” şirkətində bildirdilər ki, şitkəti zərərlə işlədiyi üçün satdılar... zərərlə işləyən biznes isə baha satılmır... Belə təxmin etmək olar ki, Babayev şirkəti arvadına real qiymətindən dəfələrlə ucuz satıb... Lakin sual yaranır.

Şirkət doğrudanmı zərərlə işləyirdi?

Gürcüstanın sığorta nəzarətinin saytında biz "Standard Insurance Georgia”nın audit nəticələrini tapdıq və onlardan məlum oldu ki, şirkət zərərlə işləməyib, əksinə, son illər gəlir gətirib...

Onda cənab Babayev arvadına şirkəti satmaqda hansı məqsədi güdürdü?

Aydındır ki, aktivlər ölkədən çıxarılıb və vergi qanunvericiliyi pozulub...Maraqlıdır, nə üçün bəzi dövlət orqanları buna diqqət yetirməyib və heç bir reaksiya verməyib...Adam şirkətini arvadına satır... Bildirirlər ki, guya şirkət zərərlə işlədiyi üçün satılıb... Belə çıxır ki, şirkəti bir cibdən başqasına keçiriblər və aktivi qəpik-quruşa ölkədən çıxarıblar... Bunun hamısı "Bank Standart” və"Standard Insurance”la ciddi maliyyə problemləri fonunda baş verir. Azərbaycanın Maliyyə nəzarəti üzrə palatası dəfələrlə "Standard Insurance” şirkətini kapitalını artırmayacağı təqdirdə bağlamaqla hədələyib... Belə çıxır ki, bütün bunların fonunda Babayev kapitalı Azərbaycandan çıxarıb. Bu sövdələşmədən başqa məsələlər də aydın olur... Buna görə İçərişəhər İdarə Heyyətinin hazırki sədri Əskər Ələkbərov indiyədək "Standard Insurance Georgia”ya lobbiçilik edir... Heydər Babayev nazir olanda Ələkbərov İqtisadi İnikişaf Nazirliyində işləyirdi və həmçinin bir neçə il "Mercury Konsalting” şirkətinə rəhbərlik edib... Görünür ki, burada Ələkbərovun şəxsi marağı da var... Ona görə də o, iri Azərbaycan şirkətlərinin sahiblərinə zəng edir və "Standard Insurance Georgia”nın maraqlarına lobbiçilik edir… Əskər Ələkbərovun məsləhətinin sayəsində "Socar” kimi iri şirkət və digər Azərbaycan şirkətləri ermənilərlə dolu olan şirkətdə sığortalanıblar.... Fakt fakt olaraq qalır. Fərqi yoxdur, şirkətə ər və ya arvad sahibdir. Sövdələşmə saxtadır və ya arvadı doğrudan da ərinin biznesini almaq qərarına gəldi. Əsası odur ki, bütün Azərbaycanlılar ermənilərin bizim xalqımıza yaşaddıqları ağrını yaddan çıxarmamalıdır və həlak olmuş hamvətənlərimizin xatirəsi naminə ermənilərdən uzaq olmalıdırlar. Xüsusilə də şirkətin sahibləri Avropalı deyil, Azərbaycan vətəndaşı Aliyə Babayeva olduğu məlum olduqda.(Vətəninfo.az)

Ər və arvad eyni biznesdə və ya Heydər Babayevin ailəsi


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar