Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan məscidlərində axund vəzifəsi niyə ləğv olundu? – Açıqlama

Tarix: 15-09-2017 19:41     Baxış: 5631 A- / A+
Azərbaycan məscidlərində axund vəzifəsi niyə ləğv olundu?


Sentyabrın 14-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının keçirdiyi iclasda Azərbaycan məscidlərində axund vəzifəsinin ləğvi ilə bağlı qərar qəbul edilib.
Manevr.az “A24.az”-a istinadən bildirir ki, qərara əsasən məscidlərdə vahid idarəçilik sisteminə keçilir və bütün məscidləri idarəe dənlər imam statusu alacaqlar.
Verilən qərarın nədən qaynaqlandığını və hazırda məscidlərdə axund vəzifəsini icra edənlərin aqibətinin necə olacağını aydınlaşdırmaq üçün “Heydər” məscidi ilə əlaqə saxladıq. Məscidin axundu Rüfət Qarayev məsələyə bu cür münasibət bildirdi:

Azərbaycan məscidlərində axund vəzifəsi niyə ləğv olundu?

Rüfət Qarayev
“Mahiyyət etibarı ilə hər ikisinin vəzifəsi eynidir. Yəni imam da, axund da eyni vəzifəni icra edir. Hər məzhəbin başında duran bir rəhbər var. Biz məsciddə namaz qılanda demirik ki, namazın axundu?! Namazda imam durar. Çünki cümə namazlarını hər zaman qıldıran imam olur. İmam qabaqda durur, arxasında isə kütlə dayanır. Sadəcə bizim kökümüzdə qədim adətlərdən, ənənələrdən gələn bir adət var ki, şiə məzhəbinin rəhbərinə axund deyilir. Məzhəblər arasında da artıq axund deyiləndə şiəyə məxsusluq, imam deyəndə sünniyə məxsusluq aydın olur. Məxsusluqlar götürülsün deyə, hər kəs öz məzhəbində qalır, sadəcə ad olaraq hər kəsə imam deyə müraciət ediləcək. Azərbaycanda bütün məscidlərdə axundlar ixtisar olunmur, sadəcə vəfizə olaraq dəyişilib imam olacaqlar”.
Axund vəzifəsinin dəyişdirilməsi ilə bağlı verilən qərara gəldikdə Rüfət Qarayev axund sözünün İran və Türkiyə kimi müsəlman ölkələrində işlədilmədiyini vurğuladı:
“Əvvəllər biz bu cür məsələlərlə çox qarşılaşrdıq. Məsələn, gəlib deyirdilər ki, axund lazımdır. Soruşanda ki, sən şiə məzhəbindənsə, deyirdi yox, sünniyəm. O zaman onun üçün imam gəlirdi. Və ya əksi ilə qarşılaşırdıq. Amma əslində məsələnin əsas məqsədi insanların verdikləri suallara dolğun cavablarını almalarıdır və yaxud da məzhəbinə görə onu maraqlandıran bir məsələ varsa, imamla danışsın. Yəni əhli sünnə məzhəbinə məxsus olan məsələləri əli sünnə imamı, əhli şiə məzhəbinə aid olanları isə əhli şiə imamı icra edəcək. Sadəcə vəzifə ad olaraq dəyişdirilib. Ona görə ki, axund adı nə Türkiyədə, nə İranda, nə də Səudiyyə Ərəbistanında mövcud deyil. Hətta şiə ölkələrində belə axund adından istifadə olunmur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar