Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Uşaqlara erməni havası oynadan məktəb direktoru üzr istədi

Tarix: 15-09-2017 17:01     Baxış: 5377 A- / A+
Uşaqlara erməni havası oynadan məktəb direktoru üzr istədi
Məktəbin təşkilatçı müəllimi "Bilik Günü” tədbiri üçün rəqs nümünəsi hazırlayıb və ona yardımçı olan sinif rəhbərlərindən biri rəqs üçün "Youtube"da Fikrət Əmirovun "Qarabağ inciləri” adı ilə verilmiş musiqidən istifadə edib.

Manevr.az xəbər verir ki, bu sözləri teleqraf.com-a açıqlamasında Masazır qəsəbəsi 3 saylı tam orta məktəbin Uşaq birliyinin rəhbəri Elnarə İsmayılova bildirib.

Onun sözlərinə görə, musiqinin ermənilərin olduğunu bilməyib: "Çünki mahnının adı Fikrət Əmirovun "Qarabağ inciləri” kimi qeyd olunmuşdu. Mətbuatda gedən xəbərlərdən də məlumatlıyıq”.

Birliyin rəhbəri əlavə edib ki, əgər musiqi, həqiqətən də, ermənilərindirsə, direktorumuz adından bütün Azərbaycan xalqından üzr istəyirik.

Qeyd edək ki, Masazırda yerləşən 3 saylı məktəbdə erməni bəstəkarı Ara Gevorqyana məxsus kompozisiya səsləndiriləndirilib. Fikrət Əmirovun oğlu Cəmil Əmirov mətbuata açıqlamasında bildirib ki, səsləndirilən kompozisiya erməni bəstəkarı Ara Gevorqyanın "Artsax” kompozisiyasıdır: "Atam Fikrət Əmirovun belə kompozisiyası yoxdur. Bu, uydurmadır. Bu barədə danışmaqdan yorulmuşam. Ermənilər Fikrət Əmirovun bu əsəri oğurladığını iddia etməklə atamı vururlar”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar