Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

XANIMLARIN DİQQƏTİNƏ: Sevdiyiniz şəxs sizi aldadırmı? – 10 ƏLAMƏT

Tarix: 15-09-2017 10:33     Baxış: 4408 A- / A+
XANIMLARIN DİQQƏTİNƏ: Sevdiyiniz şəxs sizi aldadırmı?


İnsanlar arasında münasibətlər mürəkkəb və zərifdir. Xüsusi ilə ailəli şəxslər arasında. Və illər əvvəl tanış olduqları zamanın münasibətlərini saxlamaq heç də həmişə mümkün olmur. Hisslər keçdikcə heç də hamının nöqtə qoymaq cəsarəti çatır, insanlar yalan danışmağa başlayırlar.
10. Telefonuna toxunduqda hirslənir
Hər kəs onun şəxsi əşyasına toxunduqda dözümlü yanaşa bilmir. Bu elə də xoş deyil. Amma əgər siz təsadüfən onun telefonunu götürdükdə sərt reaksiya ilə üzləşirsinizsə, əmin olun, o əsəbdən əziyyət çəkmir, mümkündür ki, nəsə gizlədir. Araşdırın, amma unutmayın ki, hər zaman çıxış yolu var, onun xilası sizin əlinizdədir.
9. Tez-tez iş saatından sonra işdə qalır
Bəzən işdə ləngiyir, bu mümkündür. Amma bu ləngimələr işdə məhəmmət romanının nir hissəsi də ola bilər. Niyə belə olur? Bu sualın cavabını sakit şəkildə söhbətdə axtarmaq lazımdır. Yəqin ki, bir vaxtlar hər ikiniz birlikdə şam etmək üçün işdən evə uça-uça gəlmisiniz.
8. Heç nədən qısqanır
Az miqdarda qısqanclıq yaxşı hissdir. Əlaqələrin ilk illərində bu münasibətlər hətta xoşdur, o deməkdir ki, sizi dəqiq sevir. Amma əgər illər sonra yoldaşınız boş yerə qısqanclıq səhnələri yaradır və əsəbləşirsə, ola bilər onun özü işləri korlayıb.
7. Artıq qayğı və diqqətə görə acıqlanır
Yaxınlarımız tərəfindən məhəbbət hisslərinin təzahüründən tez-tez əziyyət çəkirik. Və adətən bu hisslər təzahür etdikdə insanlar çox sevinirlər. Amma əgər yoldaşınız sizin qayğı və diqqətinizdən narazıdırsa, onda sükut edin və çalışın bunun səbəbini araşdırasınız.
6. İntim həyatda çoxdan yoxdur
İntim həyatın ailə həyatı üçün çox vacibdir. İlk vaxtlar tərəflər arasında intim münasibətlər yüksək olur, sonra isə getfikcə azalır. Amma tamamilə olmaması artıq həyəcan təbilidir. Ailənizi xilas etmək üçün yoldaşınızla danışın, münasibətlərdəki soyuqluğun səbəbini öyrənin, qəlbindəkiləri söyləməsinə izin verin, birlikdə çıxış yolu axtarın.
5. Gələcək işlərini sizinlə müzakirə etmir
Xüsusi ilə evliliyin ilk illərində tərəflər gələcək həyatları üçün müəyyən planlar qururlar. Harada yaşayacaqlar – şəhərdə, yoxsa şəhər kənarında, istirahətə hara gedəcəklər – Şahdağa, yoxsa Antalyaya? Əgər vaxt keçdikcə sizlərdən hansınızsa gələcəyə dair planları müzakirə etmirsə və ya buna meyl göstərmirsə, səbəbini araşdırmağa çalışın.
4. Heç bir səbəb olmadan hədiyyə alır
Hədiyyə almaq hər kəs üçün sevindiricidir. Xüsusi ilə qadınlar üçün. Onda qadın özünü əsl ilahə kimi hiss edir. Bəs hədiyyələr həddindən artıq çox olursa necə? İlk əvvəl siz heyran qalacaqsınız, amma sonradan qəlbinizdə şübhələr yaranacaq, məntiqi suallar yaranacaq: o niyə özünü belə aparır, doğrudanmı, nə isə etmişəm, nə üçün indi xəcalət çəkirəm?
3. Əhval-ruhiyyəsində kəskin enmələr olur
Həyatımızda çoxlu mürəkkəb hallar olur. Gərginliyə və yüklənmələrə məruz qalırıq. Ona görə də əhval-ruhiyyənin düşməsindən heç kim sığortalanmayıb. Amma belə pozulmalar çox tez-tez baş verirsə və siz əminsiniz ki, işdəki problemləri ilə bağlı deyil, onda nə baş verdiyini öyrənmək üçün yoldaşınızla danışmağınız lazımdır.
2. Ciddi söhbət zamanı qəfildən mövzunu dəyişir
İşdən sonra və ya yatmazdan qabaq ciddi söhbətlər üçün heç də yaxşı vaxt deyil. Amma əgər sizin tərəfdaş hətta münasib məqam zamanı belə, həqiqətən mühüm şeylər barədə danışmaqdan qəti surətdə imtina edirsə, ola bilsin, o belə söhbətlərdən yayınmağa çalışır. Bu, sizin münasibətlərin gələcəyi barədə narahat olmaq üçün əsasdır.
1. Sizi valideynləri və ya yaxınları ilə tanış etməkdən çəkinir
Əgər siz uzun müddətdir tanışsınızsa və o sizi dostları, qohumları, ya da valideynləri ilə tanış etməkdən qaçırsa, bu narahatçılıq üçün əsasdır. Əgər onun fikri sizinlə bağlı ciddidirsə və heç bir əsaslı səbəb yoxdursa, gecikməməlidir. O deyir ki, hazır deyil, siz isə ona daim haqq qazandırırsınız. Bəlkə də siz sadəcə olaraq onun gözünün içinə baxıb, həqiqəti görmək istəmirsiniz: siz bu adamın həyatında mühüm yer tutmursunuz. /kanal24.az/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar