Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

ADNSU ilə Malakand Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalandı

Tarix: 14-09-2017 22:10     Baxış: 4323 A- / A+
ADNSU ilə Malakand Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalandı


Sentyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı Pakistanın Malakand Universitetinin professoru, Pakistan Kimya Cəmiyyətinin vitse-prezidenti professor dr. Rəşid Əhmədlə görüşüb.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı qonağa universitetin tarixi, son vaxtlar ali məktəbdə həyata keçirilən islahatlar haqqında məlumat verib.

Universitetdəki tədris prosesi, beynəlxalq əlaqələr, əcnəbi tələbələr, ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında danışan rektor, prof. Mustafa Babanlı qonağı “eazi START” Startap və İnnovasiya Mərkəzi, gündəlik təcrübə proqramı və başqa yeniliklər haqqında da məlumatlandırıb.

Səmimi qəbula görə rektora minnətdarlığını bildirən professor dr. Rəşid Əhməd təmsil etdiyi universitet haqqında məlumat verib. ADNSU ilə əməkdaşlığın önəmindən danışan R.Əhməd gələcəkdə bu əlaqələrin daha da möhkəmlənəcəyinə inandığını bildirib.

Görüşdə iki universitet arasında tələbə və müəllim mübadiləsi haqqında müzakirələr aparılıb. Sonda tərəflər arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. ADNSU-nun rektoru, professor M.Babanlı qonağa xatirə hadiyyəsi təqdim edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar