Xəbər lenti
Niyə vahiməli yuxular görürük? - Araşdırma
Alimlər yuxu ilə bağlı bəzi qaranlıq məqamlara aydınlıq gətirib.
Axar.az “İndependent” qəzetinə istinadən xəbər verir ki, yeni elmi araşdırmaya əsasən, yuxular həyatın ən dəyərli faktlarını insanın yadına salmağa yardımçı olur.
Suonsi Universitetinin yuxu labroratoriyasında aparılmış təcrübə zamanı könüllülərə Uels dilində ifadələri öyrədərək onların yaddaşını yoxlayıblar.
Təcrübə nəticəsində məlum olub ki, ifadələri əzbərləyib gecəni yaxşı yatanlar, onları səhər öyrənənlərdən daha yaxşı yadda saxlayıblar.
Bundan başqa, alimlər insanlarda “təkrar yuxu” (insanın gördüyü yuxunu bir müddətdən sonra təkrar görməsi. – red.) deyilən effekti də öyrəniblər.
Ekspetlərin fikrincə, təkrar yuxuları insanlar üçün son dərəcə əhəmiyyəti olan hadisələr yarada bilər.
Professor Mark Blaqrov açıqlamasında təkrar yuxunu metaforik səciyyə adlandırıb:
“Biz adətən gün ərzində baş verən hadisələri və ya bununla bağlı nələrisə gecə yuxumuzda görürük. Lakin buna bənzər yuxunu təkrar olaraq bir neçə gündən sonra görəndə o, artıq metaforik səciyyə daşıyır. Belə yuxu real hadisələrlə birbaşa bağlı olmaya da bilər. Bunu izah etmək mümkün deyil, lakin bu, beynin nəsə mühüm bir iş gördüyünün göstəricisi ola bilər. Ola bilsin ki, beyin yeni xatirələri köhnələri ilə tutuşduraraq yaddaş bazasına köçürür”.
Vahiməli yuxular
Alimlər vahiməli yuxular barədə də müəyyən fikirdədir. Bu barədə nəticələr ziddiyyətli olsa da, ekspertlər vahiməli yuxuların yaxşı hal olduğu qənaətindədir.
Professor Blaqrov vahiməli yuxuları belə izah edib:
“Belə bir iddia var ki, beyin yuxu zamanı informasiyaları yerbəyer etməyə çalışır, lakin buna nail olmayanda vahiməli yuxular baş verir. Beyin pis hadisələrə aid yuxularla nəsə etməyə çalışır, lakin bunları əlaqələndirə və bağlaya bilmir. Buna görə də ağrı-acılar yuxuya girsə də, insan üçün konkret bir məna vermir. Bizim yuxuları tez unutmaq kimi əsrlərlə davam edən təkamüldən doğmuş xüsusiyyətimiz var. Yaxşı ki, bu belədir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar