Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Sosial şəbəkədə əlini deşik-deşik edən qız sirrini açdı - VİDEO

Tarix: 12-09-2017 16:27     Baxış: 3432 A- / A+
Sosial şəbəkədə əlini deşik-deşik edən qız sirrini açdı

Həvəskar qrim ustasının etdiyi qrim sosial şəbəkə istifadəçilərini qorxuya salıb.

Son illərdə kino sektorunun çox genişləndiyini bilirik. Xüsusilə kompüter texnologiyası ilə birlikdə həqiqətə çox yaxın qrafiklər aparılır. Ancaq əvvəllər həqiqətə uyğun kadrlar məhz qrim sənətinin sayəsində çəkilirdi. İnkişaf edən texnologiya bütün sahələrdə olduğu kimi kino sektorunda da önə keçdi və qrim sənətinin yerini kompüter texnologiyası tutdu. Kompüter texnologiyasının sənətlərini "yediyini" düşünən qrim ustaları bu işi yaşatmaq, gələcək nəslə ötürmək üçün ciddi cəhdlə çalışırlar.

Moderator.az bildirir ki, bir qrim ustası da qrim sənətinin çox fərqli yerə sahib olduğunu göstərmək məqsədilə inanılmaz bir işə imza atıb.

Hələ 24 yaşında olan Bridgetto Trevino adlı qrim ustası hər yeri qan içində, kiçik və dərin yaralarla örtülmüş bir əlinin videosunu yayıb. 60 mindən çox sayda paylaşılan video bir çox insanı narahat edərək reaksiyalara yol açıb. Qrim ustası bu işin o qədər real görünüb ki, şok effekti yaradıb. Görüntüləri izləyən hər kəs qızın həqiqətən də əlini yaraladığına inanıb. Vəziyyət nəzarətdən çıxanda isə görüntülərin sadəcə qrimdən ibarət olduğunu bildirmək məcburiyyətində qalıb.

Sosial şəbəkədə əlini deşik-deşik edən qız sirrini açdı


Sənətçi bu işi ilə Amerika əhalisinin yüzdə 20 faizinin əziyyət çəkdiyi trifobiyaya təkan verən verərək qrim sənətinin gücünü bir daha nümayiş etdirib. Qrim ustası bu vəziyyətdən daha çox ilham aldığını bildirərkən, insanlardan yaxşı və pis mənada çox şərh aldığını, bəzilərinin həqiqətən də öünə zərər verdiyini düşünərək onunla ünsiyyətə keçmək istədiyini bildirib.

Sosial şəbəkədə əlini deşik-deşik edən qız sirrini açdı




Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar