Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Daşkəsəndə 3 min illik nümunələr tapıldı

Tarix: 12-09-2017 07:42     Baxış: 5340 A- / A+
Daşkəsəndə 3 min illik nümunələr tapıldı


Daşkəsəndə eramızdan əvvəl XII-XI əsrlərə aid maddi mədəniyyət nümunələri aşkarlanıb.

AMEA-dan Kult.az-a verilən məlumata görə, Arxeologiya və Etnoqrafiya İnstitutunun Daşkəsən-Goranboy arxeoloji ekspedisiyası Daşkəsən rayonunun Əmirvar kəndi ərazisində kurqan tipli qəbir abidələrində tədqiqat işləri aparıb.

Daşkəsən-Goranboy arxeoloji ekspedisiyasının rəhbəri, dosent Bəxtiyar Cəlilov bildirib ki, aparılan qazıntılar zamanı kurqan örtüyünün altından bir-birindən 3 metr aralı 2 qəbir kamerası aşkar edilib. İri sal qayalardan istifadə edilməklə meqalitik məzar odaları hazırlanıb.

Arxeoloqun sözlərinə görə, kurqan kamerasından saxsı qab nümunələri, tunc bəzək əşyaları, asmalar, piləklər, qolbağılar, üzük, iynə, çoxsaylı mineral muncuqlar, taxta və parça qalıqları aşkar edilib. Qəbirdən tapılan zəngin tunc bəzək əşyalarının ritual xarakter daşıdığını söyləmək olar.

Kurqanda aşkarlanan maddi mədəniyyət nümunələri son tunc dövrünə, eramızdan əvvəl XII-XI əsrlərə aid edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar