Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Onu tanıdığım günə daş düşərdi…” - Camaata 1 milyon “atıb”

Tarix: 11-09-2017 17:45     Baxış: 5323 A- / A+
“Onu tanıdığım günə daş düşərdi…”
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1972-ci il təvəllüdlü Eldar Salmasinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Manevr.az "qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Rahib Salmanovun icraatında olan prosesdə baxış iclası keçirilib.

Zərərçəkmişlərdən biri, "Azərsun” Holdinqin PR meneceri Kamran İsmayılov E.Salmasiyə 100 min manat verdiyini deyib:

"Eldarla məsləhətləşdim, evimi satıb pulu ona verdim. Sonra lazım olduğu üçün 25 mini geri aldım. Fikrimiz bu idi ki, dollar alıb saxlayaq, sonra dollar bahalaşanda satıb pul qazanaq.

Tikinti şirkətlərin birində icraçı direktor olan Elmir Allahverdiyev də dolları satıb əlavə qazanc əldə etmək üçün Eldar Salmasiyə 300 min manat verdiyini deyib: "Eldarı tanıdığım günə daş düşərdi”.

"Akkord” şirkətində tikinti mütəxəssisi işləyən İdris Mollayev uzaq qohumu olan E.Salmasiyə 48 min dollar verib: "O mənim pulumu baha qiymətə dollara dəyişəcəkdi”.

Maşın alverçisi Kamandar Quliyev də təqsirləndirilən şəxsə 23 min 800 dollar verdiyini deyib.
Proses sentyabrın 15-də davam etdiriləcək.

İttihama görə, "Zaminbank" ASC-də xəzinədar işləyən Eldar Salmasi bir neçə şəxsdən ucuz qiymətə dollar satmaq adı ilə 1 milyon manata yaxın pul alaraq qaytarmayıb. E.Salmasi özünü təqsirli bilməyib və pulu borc üçün aldığını deyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar