Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Şeytanın yazdırdığı məktubun sirri 340 il sonra açıldı

Tarix: 10-09-2017 08:17     Baxış: 4319 A- / A+
Şeytanın yazdırdığı məktubun sirri 340 il sonra açıldı


1676-cı ildə İtaliyanın Siciliya adasında yerləşən Palma Di Monteçiaro monastrında işləyən rahibənin yazdığı məktubun sirri 342 il sonra gün üzünə çıxıb.
Rahibənin şeytanın ona zorla yazdırdığını dediyi məktubunun sirri “Dark Web” (Qaranlıq Veb) adlı proqram vasitəsilə çözülüb.
Şifrəli məktubu oxuyan italiyalı kompüter proqramçıları məktubda “Tanrını insan yaratdı. İsa və müqəddəs ruh ölü ağırlıq. Tanrı ölümlüləri azad buraxa biləcəyini zənn edir. Bu sistem heç kim üçün yaxşı işləmir. Bəlkə də indi Stiks (yunan mifologiyasında cəhənnəm çayı) mövcuddur” yazısının olduğunu deyib.
Siciliyada yerləşən Katanya şəhərindəki Ludum elm mərkəzinin müdiri Daniel Abate “Dark Web” proqramından istifadə edərək şifrəni necə qırdıqlarını izah edib:
“Bu proqramın kəşfiyyat xidmətləri tərəfindən şifrə qırmaq üçün istifadə edildiyini öyrəndik. Proqrama qədim yunan, ərəb, latın və runik əlifbalarını yerləşdirdik. Bununla da məktub proqram tərəfindən oxundu”.
Elm adamları dil bilgisi geniş olan Rahibə Mariyanın bildiyi dillərin fərqli özəlliklərini istifadə etməklə özünəməxsus bir dillə məktubu yazdığını bildiriblər. Məktubda anlaşılmaz qisimlərin olduğunu isə rahibənin psixoloji çatışmazlıqları ilə əlaqələndiriblər.(Publika.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar