Xəbər lenti
Astroloji proqnoz - 9 sentyabr
Qoç - Hadisələrin verdiyi siqnallara və işarələrə fikir verin. Nəyisə dəyişmək, güzəştə getmək gərəkdir. Başqasının işlərinə görə məsuliyyəti boynunuza almayın. Müəyyən proseslərdə dönüş anıdır. Mənasını itirmiş əlaqələri dayandırın. İllüziyalara qapılmayın, boş xəyalların əsiri olmayın.
Günün ikinci yarısında qüvvənizi və potensialınızı dürüst qiymətləndirin. Orqanizminizdə yorğunluq hiss edirsinizsə, bir qədər dincəlin. Stressin səviyyəsini aşağı salın.
Axşam saatlarında xoş işlərlə məşğul olun. Maraqlandığınız informasiyanı arayın. Müxtəlif tapıntılar və bir müddət sonra gerçəkləşdirə biləcəyiniz ideyalar istisna deyil.
Buğa - Reaksiyanız sürətli olmalıdır. Münasibətlərdə yersiz intriqalar yaratmayın. Hadisələrin axarı sürətləndiyindən özünüzü itirməyin. Peşəkar fəaliyyət müstəvisində görüləsi işlərin sayı artır.
Bir sıra məsələlərin həllini ertələməyin.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın.
Yeni orientirlər seçin. Qarşınıza qoyduğunuz məqsədə çatacaqsınız. Axşam saatları pozitiv emosiyalar vəd edir.
Sizə ünvanlanmış iradları təmkinlə dinləyin. Danışan insanın sözlərində məntiq ola bilər.
Əkizlər - Baş verənləri səthi dəyərləndirməyin. Problemləri araşdırın. Mənasız ittihamların təhlilinə çox vaxt ayırmayın. İnformasiya ilə zəngin vaxtdır. Təmasları yeniləyin.
Yeni orientirləri müəyyənləşdirin.
Günün ikinci yarısında tərəfdaşlarla anlaşılmazlıqlar stress yarada bilər. Artan ambisiyalar, cari situasiyada qəfil sürətlənmə tələbləri, təşəbbüslərin anlaşılmaması çətinliklər vəd edir.
Müşkül durumun konstruktiv həllini tapın.
Axşam saatlarında hadisələr spontan istiqamətdə inkişaf edəcək. Şəriklərlə rolları dürüst paylaşın. Kəskin ziddiyyətlər yaratmayın. Ümumi məqsəd cəhdlərin sinxronlaşmasına səbəb olmalıdır.
Xərçəng - İndi və bu saat fəaliyyətə başlayın. Rəqiblərin yeni təşəbbüsləri var. Yerinizi qorumaq, mövqelərinizi gücləndirmək istəyirsinizsə, bir qədər dəyişməlisiniz. Riskli qərarlardan çəkinməyin.
Günün ikinci yarısında tərəfdaşlarla mübahisələriniz ola bilər. Sizi narazı salan arqumentləri rədd etməyin.
İşinizi tam yerinə yetirin, öhdəlikləri və vədləri unutmayın. Yeni işə başlamayın. Qəfil xəbərlər, təxribatlar sizdə təcili reaksiya istəyi yaratmamalıdır.
Dəyişikliklər sizə yeni imkanları dəyərləndirmək şansı verəcək. Axşam saatlarında tələskənliyə yol verməyin.
Şir - Enerji tonusunuza fikir verin. Xroniki problemlərin həllini ertələməyin. Bu prosesin güclənməsinin qarşısını almaq üçün mütləq şəkildə aktivləşməlisiniz. Cari işlərdə geriləməyin.
İşləri tezləşdirmək üçün süni təsirlərə əl atmayın, təzyiqlərdən yararlanmaq fikrinə düşməyin.
Günün ikinci yarısında fəaliyyət obyektini dəyişə bilərsiniz. Fövqəladə şərtlər sürətli həllər tələb edir.
Təmirə başlamaq olar. Yoxlanmamış mənbədən alınan informasiyaya inanmayın.
İşgüzar əlaqələrdə və şəxsi münasibətlərdə uğurlu zamandır. Münasibətlərin qəfil pisləşməsinə əsla imkan verməyin.
Qız - Emosional durumun məntiqi sonucunu görəcəksiniz. Fəaliyyətinizdə köklü dəyişikliklərə lüzum yoxdur. Ötənlərdəki zəhmətiniz və səylərinizdən faydalanın. İlkin sonuclar zamanıdır.
Əhvalınız kəskin şəkildə pisləşə bilər. Səbrli olmasanız, duruma nəzarət rıçaqlarını əldən buraxacaqsınız. Ətrafınızdakı yeniliklərə nəzər salın.
İşlədiyiniz kollektivdə vəziyyət qəlizləşir. İdeyalarınızı müstəqil şəkildə götür-qoy edin.
Axşam saatlarında geri çəkilməyiniz az sonra irəliləyişin ilkin mərhələsinə çevrilə bilər. İlkin təəssüratlar yanlışdır.
Tərəzi - Qarışıq, laübəli gündür. Problemlərin həllində mənasız, izafi aktivlik işlərə ziyan vura bilər. Cari situasiyanın çərçivəsində qalın. Amma spontan olaylara dərhal reaksiya verin.
Haradasa gərginlik artırsa, müvəqqəti həll yolunu tapın. Mübahisəni dayandırın, iradların sayını artırmayın.
Günün ikinci yarısında işgüzar görüşü yaddan çıxarmayın. Şəxsi münasibətlərdə sayıq olun. Təhlükəli təmayüllərdə diqqətli davranın. Ünsiyyətdə soyuqqanlı olmasanız, kəskin mübahisələr yarana bilər.
Axşam saatlarında stressli vəziyyətdən qurtulun.
Əqrəb - Təmkinli olun. Yaşamın diktə etdiyi şərtləri əvvəlcədən təxminləməyə çalışın. Ehtimallarınızda yanılmayın. Hazırlaşmadığınız situasiyaya düşə bilərsiniz.
Maliyyə məsələlərində, sənədlərin imzalanmasında, anlaşmaların hazırlanmasında ehtiyatlı olun. Diqqətli olun ki, önəmli məsələ nəzərinizdən qaçmasın.
Günün ikinci yarısı alış-veriş üçün uğurlu deyil. Məişət və kompüter texnikasını almağa dəyməz. Axşam saatlarında təmirə başlamaq olar.
Borcunuzun bir hissəsini qaytarın, vədləri yerinə yetirin.
Oxatan - Yaşam fəaliyyət arealınızda təcili dəyişiklikləri, proseslərin qaydaya salınmasını tələb edir. İşlərinizlə müstəqil şəkildə məşğul olun. Bəzi məsələlərin həllini başqalarına həvalə etməyə can atmayın.
Mühüm məsələlərdən birini diqqətdən qaçırmayın. Kölgədə qalmağa çalışın. Əks təqdirdə yeni tapşırıqlar alacaqsınız, yardım tələbləri eşidəcəksiniz.
Günün ikinci yarısını sakit keçirin. Səs-küylü ortam əsəblərinizi gərəcək, əhvalınızı korlayacaq.
Yaxın ətrafınızdakı insanların xətrinə dəyməyin. Onların maraqları və problemləri ilə ilgilənin. Ailə üzvlərinin istəklərindən hali olun.
Dəyər verdiyiniz insanlarla münasibətləri qoruyun.
Oğlaq - Mürəkkəb, birmənalı olmayan gündür. Hisslərinizi nəzarət altında saxlayın. İrəliləyişi sürətləndirmək üçün aktivləşin. Müstəqil çalışın, amma bədbinliyə qapılmayın. Guşənişin olmayın. Ağlınızı cari qayğılardan azad edin. Potensialınızın imkan verdiyi işlərlə məşğul olun.
Günün ikinci yarısında həddən artıq çalışmayın. Səhhətinizə fikir verin. Rasionunuzu dəyişin. İzafi etiraflar münaqişələr yarada bilər. Problemi kimsəyə təzyiq göstərmədən, mövqeləri köklü dəyişməyə çalışmadan həll edin.
Dolça - Günün ilk yarısında gərgin situasiyalar yaranacaq. Problemlər bir-birini əvəzləyir. Yaxın ətrafınızdakı insanlardan biri nüfuzu ilə sizə təzyiq göstərməyə çalışacaq. Vəziyyəti partlayış həddinə çatdırmayın. Qalmaqallar, müqavilələrin pozulması, münasibətlərin kəsilməsi istisna deyil.
Günün ikinci yarısında maraqlarınızın təminatına çalışın. Əldə etdiyiniz nəticələri qorumaq üçün müdrik və səbrli olun. Məqsədə çatmaq üçün yarıyolda qalmayın. Emosiyalarınıza nəzarət edin. Sirlərinizi yaxşı bələd olmadığınız insanlarla bölüşməyin.
Şərtlər dəyişir. Dəyişikliklərdən qorxmayın, planları yeniləyin.
Yaxın gələcəyi planlaşdırın.
Balıqlar - Planlar, istəklər, iradlar çoxdur. Fəqət bəzi dəyişikliklərin vaxtının ötdüyünü etiraf edin. Getmiş qatarın arxasınca baxmayın. Yaşam qarşınızda təcili həll tələb edən məsələlər qoyur. Yeni seçim zamanıdır.
İstəklər və gözləntilərinizi bacarıqlarınız, imkanlarınızla uyğunlaşdırmağa çalışın.
Günün ikinci yarısında təhlükəsizliyinizi təmin edin. Münaqişəli situasiyalara qatılmayın. Ən yaxşı ideyalardan biri formalaşa bilər. Yaranmış şanslardan yararlanın, situasiyanın bəxş etdiyi imkanı qulaqardına vurmayın.
Zəngin olduğunuzla bağlı illüziya yaratmağa çalışaraq bədxərclik etməyin.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar