Xəbər lenti
Deputat Qarabağın oynuna bilet almaq üçün 3 saat sırada durdu – FOTO

Xəbər verdiyimiz kimi, Qarabağ Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı Roma matçın biletləri satışa çıxarılıb.
Bu gün Milli Məclisin deputatı Aydın Mirzəzadə Qarabağın ev oynunu stadiondan izləmək üçün bilet almaq istəyib. O, ASAN Xidmətin Yasamal filalının binasında yerləşən kassadan bilet almaq üçün sırada gözləməli olub.
Deputat bu barədə belə deyib:
“Bu gün düz 3 saat 50 dəqiqə növbədə durduqdan sonra “Qarabağ” – “Roma” futbol oyununa bilet aldım. Bileti ASAN Xidmətin Yasamal filalının binasında yerləşən bilet kassasından əldə etdim. Növbə böyük idi, hətta xarici ölkə vətəndaşları da bilet alırdılar. Bilet satışını həyata keçirən firma bilet satışını daha yaxşı təşkil edə bilərdi. Yüzlərlə insana cəmi bir satıcı qız xidmət edirdi. İki dəfə printer xarab oldu, növbədəkilər birində 40 dəqiqə, ikincisində isə 20 dəqiqə onun düzəlməyini gözləməli oldular. Satıcı qıza xüsusi təşəkkür düşür, o çox səbirlə işləyirdi və böyük növbəyə görə nahara getmədi.”big.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar