Xəbər lenti
Körpələrə verilən adlar - Bakıxan, Lənkəran, Ağsurə...

Azərbaycanda bəzi körpələrə şəhər və rayon adları qoyulub.
Manevr.az Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, son beş ildə 3 körpəyə Bakıxan adı verilib.
Bundan başqa son beş ildə 5 körpəyə Gəncəli (bu il ərzində 3 körpəyə), 3-nə Gəncəvi, 241-nə Babək (bu il 31-nə), bir körpəyə Ağsurə, 200-nə Cəbrayıl (bu il 31 körpəyə), 1 körpəyə Cəbrayılnur, 80 nəfərə Füzuli (bu il 14), 101 nəfərə Laçın (bu il 10), 1-nə Lənkəran, 207-nə Oğuz (bu il 35), 38-nə Oğuzxan (bu il 10), 2-nə Oğuzhan, 1-nə Oğuzcan, 1-nə Oğuzkaan, 1 körpəyə isə Oğuzaslan adı verilib. Bundan başqa son beş ildə 5 körpəyə Quba, 5-nə Qubaxanım, 1-nə Qubaşah, 10-na Tovuz, 2-nə Şamaxı, 1-nə Şuşa, 1 körpəyə Şuşanur, 1-nə Şəki, 1 körpəyə Şəkixanım, 1-nə Şəkilə, 1-nə isə Şəkixan adları verilib. Son beş ildə bir körpə isə Şəmkir adını alıb.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar