Xəbər lenti 
					
 
		Dünyada yeni təhlükəli bakteriya aşkarlanıb

Afrikada Sibir xorasına bənzər xəstəliyə səbəb olan təhlükəli bakteriya aşkar edilib. Həm ev, həm də vəhşi heyvanları yoluxdura bilən bu bakteriya hələ ki, yalnız heyvanlarda aşkarlanıb. Amma onun insanlar üçün də təhlükəli ola biləcəyi ehtimal olunur.
Manevr.az xezerxeber-ə istinadən xəbər verir ki, yayılan bakteriya Sibir xorasını yaradan "Bacillus anthracis" bakteriyasının bir növüdür. Praktiki olaraq hər yerdə rast gəlinən "Bacillus cereus" mikroorqanizmi son ana qədər zərərsiz hesab edilirdi. Ancaq Afrikada aşkar edilmiş bu bakteriya ciddi təhlükədən xəbər verir. Belə ki, Konqoda, Kamerunda, Mərkəzi Afrika Respublikasında və Kot-d'İvuarda müxtəlif heyvanlardan götürülmüş nümunələrdə bu bakteriya aşkar olunub. Bakteriyanın yoluxduğu şimpanze, qorillalar, fil və keçilərin əksəriyyəti isə ölüb.
Tədqiqatçılar əmindirlər ki, aşkar edilmiş mikroorqanizm ehtimal ki, çox geniş arealda yayılıb və bütün Afrika qitəsində rast gəlinir. Qorillalarda və şimpanzelərdə tapılan bu bakteriya insanlar üçün də potensial təhlükədən xəbər verir.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















