Xəbər lenti
Azərbaycanda kütləvi xəbərdarlıq mesajları yayıldı – Təşviş (FOTO)

Ötən gün axşam saatlarında bir çox abunəçilərin mobil telefonlarına, sosial şəbəkə ünvanlarına planetdə yüksək radiasiya olacağı ilə bağlı xəbərdarlıq mesajı göndərilib.
"Qafqazinfo” xəbər verir ki, mesajda qeyd olunur ki, radiasiya ilə əlaqədar kosmik şüalar Yer planetinə yaxınlaşacaq. Buna görə də abunəçilər mobil telefonları söndürməlidir. Əks halda, şüalar insan orqanizminə ciddi zərər vura bilər.
"Qafqazinfo” məsələni araşdırmaq üçün Radiasiya Problemləri İnstitutu ilə əlaqə saxlayıb. İnstitun elmi katibi Musa Nuriyev bildirib ki, bir neçə gün əvvəl Günəşdə maqnit qasırğasının olacağı ilə bağlı məlumat yayılmışdı: "Bu qasırğa artıq iki gün əvvəl baş verib. İndi də onun gücü yavaşlaya-yavaşlaya gedir.
Ancaq fon yüksəlməsi bizim bildiyimiz radiasiya deyil. Bu Günəş radiasiyasıdır. Maqnit qasırğası həkimlərin də dediyi kimi ürəyində problemlər olan insanların səhhətinə müəyyən qədər təsir edə bilər.
Bunun üçün mobil telefonları söndürməyə ehtiyac yoxdur. İnsanlar narahat olmasın. Əgər ciddi məsələ olsaydı, başqa qurumlar buna qoşulardı. Belə şeylərdən qorxmaq lazım deyil. Bunlar dedi-qodu şəklində yayılan söz-söhbətlərdir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar