Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bir çox xəstəliklərin dərmanı olan möcüzəvi meyvə

Tarix: 06-09-2017 09:35     Baxış: 4310 A- / A+
Bir çox xəstəliklərin dərmanı olan möcüzəvi meyvə

Fəsiləsi tut hündürlüyü 15 metrə çatan qolbudaqlı və ya ağac bitkisidir. Bütün hissələrində ağ rəngli südə bənzər şirə toplanır. Növbəli düzülmüş, iri, 3-5-7 dilimli , tünd-yaşıl rəngli , sərt, alt səthi tükcüklü yarpaqlara malikdir.
Tarixi məlumatlara görə əncir eramızdan 5 min il əvvəl Aralıq dənizi sahili ölkələrində və Yəməndə becərilib , oradan Misirə , Yunanıstana və digər ölkələrə aparılıb. Hazirda əncirin 600 qədər növü məlumdur.
Yetişmiş meyvəsinin tərkibində çoxlu qida maddələri , 12-24 % qədər şəkərlər, B1,B2 və C vitaminləri , karotin , K, Ca, Mg, P, Fe və digər mineral maddələr , sellüloza ,1% qədər sərbəst turşular , pektin maddələri və s. vardir.
Əncir meyvələrində təzə dərilmiş, yəni natural şəkildə və qurudulmuş formada istifadə edirlər. Yeyinti sənayesində əncirin meyvəsindən cem, kompot,konfet, pastil və s. istehsal olunur.
Əncir meyvəsi ürək- damar sistemi xəstəliklər, venoz çatişmazlıq, tromboz, qan azlığı( anemiya) çox faydalıdır. Bu meyvə həzmyaxşılaşdırır , yüngül işlədici həmcinin və tərqovucu təsir göstərir. Əncir meyvəsini acqarnına yemək çox faydalıdır. O, tez həzm olunur , iştahanı artırır və digər qidalarında həzmini surətləndirir.
Əncir meyvəsini südlə bişirməklə alınan şərbət sinəni , mədəni və boğazı yumuşaldır, diş ətini möhkəmlədir, ağrıları sakitləşdirir. Əncir meyvəsi bədənin hərarətini aşağı salır,susuzluğu yatırır,tərlədici təsir göstərir və tər vasitəsilə orqanizmdəki zərəli və zəhərli maddələri çıxarır. Qurudulmuş meyvəsini qoz ləpəsilə qarışdırıb yedikdə bədənin müqaviməti artır,cinsi faliyyət güclənir,püstə və badam ləpəsi ilə qarışdırıb yedikdə isə hafizə güclənir.gununsesi.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar