Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

PA rəhbəri Ramiz Mehdiyevə şok məktub - Xalq Allah-təaladan başqa şikayət edəcək yer tapmayacaqsa...

Tarix: 10-09-2016 19:09     Baxış: 4535 A- / A+
PA rəhbəri Ramiz Mehdiyevə şok məktub

Manevr.az Bakı sakini Şəhla Atakişiyevanın Moderator.az saytında dərc edilən müraciətini təqdim edir:


Azərbaycan Pespublikası Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə

AÇIQ MƏKTUB

Bakı şəhəri, Zərgərpalan küçəsi, dalan 7,ev 2 ünvanında sökülmüş mülkün sahibləri Atakişiyevlər ailəsi tərəfindən

Bağışlayan və mehriban Allahın adı ilə!

Hörmətli Ramiz müəllim!

Prezident Administrasiyasına 01.09.2016-cı il tarixində daxil olan məktubumuzu digər müraciətlərimiz kimi Sizə çatdırmayıblar, çünki aparatın qəbul şöbəsində işləyən şəxslərin məqsədləri ədaləti bərpa etmək yox, bizim kimi haqlı insanların şikayət etdikləri məmurları Sizin qəzəbinizdən qorumaqdır. Bu şikayətlərin Sizdən xəbərsiz birbaşa elə həmin qanunu pozmuş məmurlara göndərilməsi özü elə qanun pozuntusudur ki, bu da öz növbəsində məmur özbaşınalığına və insanların ölkə rəhbərliyinə inamsızlığına gətirib çıxarır. Möhtərəm Ulu öndər belə insanlar haqqında deyirdi: ”Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir. Vəzifədən ötrü yaşayan adamlar bədbəxt adamlardır.“

Məmurların qoyduqları bu səddi qırmaq heç cür mümkün olmadığı üçün Sizə açıq məktubla müraciət etmək məcburiyyətindəyik.

Məsələ ondadır ki, bizim yeganə mirasımız, nəslimizə məxsus, Bakı şəhəri Zərgərpalan küçəsi, dalan 7, ev 2 ünvanında (Nizami metrosunun küçəsi) ulu babamın 1905-ci ildə öz vəsaiti hesabına tikdirdiyi normal 3 mərtəbəli mülk alqı-satqı edilmədən, məhkəmə qətnaməsi olmadan, Konstitusiya və qanunlara məhəl qoyulmadan, Nazirlər Kabinetinin “Torpağın alınmasını zəruri edən dövlət ehtiyaclarının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 11.11.2015-ci il tarixli 358 saylı qərarını əsas gətirərək, 24 iyul 2016-cı il tarixdə polis, təhdid və ağır texnikadan istifadə etməklə başımıza uçuruldu, 12 nəfər ailə üzvü küçəyə atıldı.

Biz Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında AR Qanununa, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə" AR Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanına, 05 iyun 2012-ci il tarixli AR Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında AR Qanununa (maddə 246-249), AR Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanına , AR Torpaq Məcəlləsinə (maddə 4;46;50.1), AR Mülki Məcəlləsinə (maddə 178.6;179.2) əsaslanaraq, sökülmüş şəxsi mülkümüz üçün Qanunun 47-ci maddəsinə əsasən hesablanmış kompensasiya ilə bağlı tələbi 11 avqust 2016-cı il tarixdə Nazirlər Kabinetinə, Maliyyə Nazirliyinə,Yasamal rayon İcra Hakimiyyətində yaradılmış köçürmə komissiyasına təqdim etmişik və Qanunun 67-ci maddəsinə əsasən veriləcək kompensasiya iddia edilən kompensasiya məbləğindən az olduqda məbləğın azaldılmasının səbəblərini göstərmələrini xahiş etmişik.

Maliyyə Nazirliyində cənab Samir Şərifovun və digər səlahiyyətli şəxslərin, Nazirlər Kakinetində tikinti və kommunal təsərrüfatı şöbəsinin müdiri Şahin Salahovun, Yasamal rayon İcra Hakimiyyətində yaradılmış köçürmə komissiyasının sədri Səməd İslamovun və Cavanşir Yusifovun qəbulunda olmuşuq. Tələbin qanunauyğun olduğunu inkar etməyən bu məmurlardan aldığımız cavab ancaq bundan ibarət oldu: “Qanunlar bizi maraqlandırmır, bizə nə göstəriş verilibsə, onunla işləyirik. Gedin, məhkəməyə müraciət edin.” Deyəndə ki, bu qanunlar icra üçün sizə tapşırılıb, deyirlər ki, təxribatçı danışmayın. Məgər 110 ildən çox sahib olduğumuz mirasın haqqını tələb etmək təxribatçılıqdır? 32 yaşında 6 uşaqla - 5 bacı ,1 qardaşla sahibsiz qalan, namusla, qeyrətlə balalarını böyütməyə çalışan, amma xəstəlik ucbatından çox erkən dünyasını dəyişən anam bu mirası bizə həm yemək, həm geymək, həm təhsil almaq, yəni edə bilmədiyi hər şey üçün əmanət qoyub getmişdi...

Uzun müddət ərzində yazdığımız çoxsaylı müraciətlərin hamısı baxılmaq üçün Yasamal Icra Hakimiyyətinə və Maliyyə Nazirliyinin nümayəndəsi Cavanşir Yusifova göndərilmişdir, onlar da öz növbəsində “Sovetski” ilə bağlı məsələlərdə özlərini yeganə söz sahibi hesab edərək, məsələnin ədalətli həlli üçün heç bir cəhd göstərməmişlər.

4-5 aylıq mücadiləmizin fayda vermədiyini görəndə və bizi yox, hətta qanunu müdafiə edən bir nəfər tapmayanda əlimiz hər yerdən üzüldü, qanunlara əsaslanaraq hesablanmış kompensasiyanın əvəzinə, küçədə qaldığımız və köçürmə komissiyası tərəfindən təhdid olunduğumuz üçün 26 avqust 2016-cı il tarixində onun ancaq 35 %-i ilə razılaşmaq məcburiyyətində qaldıq. Amma bu pula evdən çıxarılmış 3 ailə üçün ev almaq və digər varislərin də payını vermək qeyri-mümkündür.

Hörmətli Ramiz müəllim!

AR qanunlarına əsaslanaraq hesablanmış kompensasiya ilə bağlı sənədləri Sizə göndərmişdik ki, qanundan kənar bir qəpik belə hesablanmadığına şahid olasınız və Allah-təalanın qorunmasını vacib saydığı qul və yetim haqqını müdafiə edəsiniz, yəni yerdə qalan qanuni hesablanmış kompensasiya məbləğinin sahiblərinə verilməsi üçün köməklik göstərəsiniz. Əfsuslar olsun ki, bu məmur qoşunu nə Azərbaycan qanunlarına, nə dövlət rəhbərliyinə, nə də Allah-təalanın bütün insanlıq üçün qoyduğu qanunlara əhəmiyyət vermir. İndi biz Sizdən soruşuruq, əgər bizim, məmurların əlindən imdad gətirdiyimiz Prezident Aparatı da problemlərə bu azğınlaşmış məmurların gözü ilə baxacaqsa və xalq Allah-təaladan başqa şikayət edəcək yer tapmayacaqsa, vəzifə borclarını başa düşməyən bu məmurlarla dövləti necə ədalətli idarə etmək olar? Özünüzü də, bizi də onların əlindən qurtarmağın vaxtı çatmayıbmı? Sizin düşdüyümüz bu çətin durumda ədalətli qərarınıza böyük ehtiyacımız var.

Allah yar və yardımçınız olsun. O həmişə eşidən və hər şeyi biləndir!

Atakişiteva Şəhla Cəbrayıl qızı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar