Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı hacıların Mədinəyə gedəcəyi tarix açıqlandı

Tarix: 05-09-2017 20:45     Baxış: 2388 A- / A+
Azərbaycanlı hacıların Mədinəyə gedəcəyi tarix açıqlandı


"Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarlar hazırda Məkkə şəhərindəki hotellərdədirlər".

Manevr.az xəbər verir ki, bu barədə Report-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Bildirilib ki, hacılar sentyabrın 9-na kimi Məkkə şəhərində qalacaqlar: "Sentyabrın 9-dan başlayaraq, 10-u və 11-i tarixlərində zəvvarlar Mədinə şəhərinə yollanacaq. Hazırda isə zəvvarların vacib əməlləri qalmasa da, onlar Kəbəyə gedir, namaz və dualarını orada yerinə yetirirlər. Bəziləri təkrar Ümrə ibadəti ilə məşğul olurlar. Bundan başqa, zəvvarlar qrup şəklində Məkkə şəhərinin görməli yerlərinə ziyarətə aparılır. Eyni zamanda, Ərəfat çölü, Mina, Müzdəlifə, Şeytangah Nur dağını təkrar ziyarət edirlər. Həmçinin vaxtilə Biləsuvardan olan Mirsultan ağanın da dəfn olunduğu Cənnətül Müala deyilən yer ziyarət olunur".

QMİ-dən vurğulanıb ki, zəvvarların səhhətləri normaldır, xəstələnmə halları qeydə alınmayıb: "Onlarla gedən həkimlər bu il zəvvarlar arasında xəstəlik hallarının az olduğunu vurğulayıblar".

Qeyd edək ki, azərbaycanlı zəvvarlar sentyabrın 12-dən başlayaraq Vətənə qayıdacaqlar.

Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar