Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda yeni məhkəmə sistemi yaradılır - Deputatdan təşəbbüs

Tarix: 10-09-2016 12:37     Baxış: 3461 A- / A+
Azərbaycanda yeni məhkəmə sistemi yaradılır

Manevr.az

"Artıq 20-30 ilə yaxındır ki, dünyanın bir sıra ölkələrində ailə məhkəməsi sistemi var. Yaxşı olardı ki, belə bir təcrübə Azərbaycanda da tətbiq edilsin. Ölkəmizdə də ailə məhkəməsi insitutunun yaradılmasına böyük ehtiyac var. Əminəm ki, gələcəkdə bu sistem Azərbaycanda da tətbiq olunacaq. Bunun üçün isə, ilk növbədə, qanunverici baza hazırlanmalıdır. Ona görə də bu məsələni Milli Məclisin növbəti sessiyasında komitənin iclasında qaldırmaq niyyətindəyəm. Bununla bağlı fikrimi Hüquq siyasəti və dövlət quruculuğu komitəsinın sədri Əli Hüseynliyə bildirmişəm. O da bu təşəbbüsə çox müsbət yanaşır və komitənin gələcəkdə ailə məhkəməsinin yaradılması ilə bağlı işlər görə biləcəyini mümkün sayır".

Bu barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də Səhiyyə komitələrinin üzvü Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, bu gün ailə məhkəməsinin yaradılmasına böyük ehtiyac var: "Çox arzu edirəm ki, Azərbaycanda ailə məhkəməsi institutu yaradılsın. Bu gün bütün dünyada, o cümlədən də Azərbaycanda ailədaxili şiddət, zorakılıq, boşanmalar, ailə münaqişələri, əmlakın bölünməsi, aliment və s. məsələlərlə bağlı artan tendensiya müşahidə olunur. Bunu həm Ədliyyə Nazirliyi, həm Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həm Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlardan, rəqəmlərdən də görmək olar. Ona görə də cinayətlər istisna olmaqla ailədə olan münaqişələrin, məsələn, boşanmalar, əmlak bölgüsü, uşaqlar qarşısında öhdəliklərin paylaşdırılması və s. kimi problemlərin həlli ailə məhkəməsi vasitəsilə həyata keçirilsə, daha yaxşı olar. Onsuz da, məhkəmələrə həddindən artıq müraciətlər olur, işlər çoxdur. Ona görə də orada bəzən ailələrlə bağlı problemlərə 2-ci, 3-cü dərəcəli məsələ kimi baxılır".

M.İbrahimqızı hesab edir ki, ailə məhkəməsinin yaradılması milli-mənəvi dəyərlərimizə də tam uyğundur: "ABŞ-da, Kanadada, İngiltərədə, Avstraliyada, İsraildə və Avropanın digər inkişaf etmiş ölkələrində uzun illərdir ki, ailə məhkəməsi institutu var. Özü də bu, özünü çox müsbət tərcrübə kimi sübut edib. Hesab edirəm ki, Azərbaycanda ailə məhkəməsinin olması bizim milli-mənəvi dəyərlərimizə uyğun bir şeydir. Çünki Azərbaycan ailəsində çoxu maksimum çalışır ki, hər şey bir az məxfilik çərçivəsində qalsın, ailənin daxili problemləri kənara çıxmasın, sirlər qorunsun. Azərbaycandakı ailə dəyərləri digər ölkələrindəkindən çox fərqlənir. Bizim çox zəngin ailə dəyərlərimiz, möhkəm ailə institutumuz var. Biz bunları qorumağa çalışmalı, eyni zamanda ailə institutunun təməlinin boşalmasına imkan verməməliyik".

Amma millət vəkilinin fikrincə, ailə məhkəməsi mütləq ayrıca qurum şəklində və tərkibi daha geniş olmalıdır: "Ailə məhkəməsi ayrıca qurum olmadığı halda, məhkəmələrdə də işlər çox olduğundan bu məsələyə dərindən yanaşmaq mümkün olmayacaq. Ailə məsələləri elədir ki, onlara gərək ürəklə, hisslə, duyğu ilə, böyük həssaslıqla yanaşılsın. Qonşu Türkiyədə ailə məhkəməsi təkcə hakimlərdən ibarət deyil. Orada həm də maarifləndirici şəxslər, psixoloqlar, vəkillər, həkimlər və bir sıra digər sahələr üzrə mütəxəssislər olur. Məsələn, elə ola bilər ki, ailədə dramatik vəziyyət o dərəcəyə çatsın ki, əsəblər gərilsin və tərəflər ailənin dağılmasına qərar versinlər və məhkəməyə müraciət etsinlər. Ona görə də məhkəmədə həmin mütəxəssislərin, ixtisas sahiblərinin olması ailənin dağılmasına yox, onun möhkəmlənməsinə xidmət edir. Ailə məhkəməsinin də əsas məqsədi və amalı ailəni dağıtmaqdan daha çox, ona xidmət etməkdir. Biz hətta Türkiyədə ailə məhkəməsinin işi, təcrübəsi ilə yaxından tanış olduq. Gördük ki, nikahda olan tərəflər, yəni ər və arvadla, ata və ana ilə psixoloji, hüquqi maarifləndirmə işi aparılır, təhsil işçisi onların müəyyən biliklərini artırır, həkimin və ya vəkilin xidmətindən istifadə etmək imkanı yaradılır. Təcrübə göstərir ki, bu, özünü çox gözəl doğruldan sistemdir".
Milli.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar