Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

İslamda qonşular qarşısında VƏZİFƏLƏRİMİZ

Tarix: 03-09-2017 07:52     Baxış: 3333 A- / A+
İslamda qonşular qarşısında VƏZİFƏLƏRİMİZ


İslam dini hər bir müsəlman üçün dünya və axirət səadətini təmin edən proqramlar təqdim etmişdir. İnsanın həm fərdi, həm ictimai, həm ailə həyatına aid olan proqramları.
Bu göstərişlərdən biri də qonuşlarla bağlı olan göstərişlərdir.
İslam Peyğəmbəri (s) həmişə öz yaxınlarına tövsiyə edirdi ki, elə yerdə məskunlaşın ki, orada ən yaxşı qonuşlardan bəhrələnə biləsiniz. O zaman ki, səhabələrdən biri ondan soruşur ki: "Ey Allahın Rəsulu! Fikrim var ki, ev alım, sizin nəzərinizə görə hansı məhəllə daha yaxşıdır?". Həzrət Rəsuli-Əkrəm (s) hansısa məhəllənin adını çəkmək yerinə buyurur: "Əvvəl qonşu, sonra ev. Əvvəl rəfiq, sonra səfər".
Bizim qonuşlarımızın qarşısında 4 vəzifəmiz vardır ki, gərək onlara əməl edək:
1. Qonşuya hörmət etmək. Qonşuya hörmət etmək - İslam dininin tövsiyələrindəndir. Peyğəmbərimiz (s) buyurur: "Qonşuya hörmət etmək - anaya hörmət etmək kimi insana lazımlıdır".
2. Qonşuya əziyyət verməmək. Başqalarına əziyyət vermək - insanın pak fitrətinə zidd bir əməldir. Heç bir sağlam ağıl onu qəbul etmir. Peyğəmbərə (s) deyirlər: "Filan qadın gündüzləri oruc tutur, gecələri namaz qılır, sədəqə verir. Ancaq qonşusunu dili ilə incidir". Həzrət Rəsulallah (s) buyurur: "Onda xeyir yoxdur. O, atəş əhlidir".
İmam Sadiq (ə) buyurur: "Allahın rəhmətindən uzaqdır! Allahın rəhmətindən uzaqdır, o kəs ki, qonşusuna əziyyət verər".
3. Qonşunun əziyyətinə səbir etmək. O zaman ki, insanlar bir yerdə yaşayır, ola bilsin ki, bəzi diqqətsizliklər qonşulara əziyyət versin. Bu amilin özü qonşularda kin və küdurətə yol aça bilər. Müsəlman gərək bu diqqətsiz qonşusunun əziyyətinə səbir etsin. Əgər çarəsiz ona reaksiya verməli olsa, onda gərək mülayim dillə ona təzəkkür versin. Belə ki, bu təzəkkür onun islah olmasına səbəb olsun, nəinki onu incitsin. İmam Kazım (ə) buyurur: "Ən yaxşı qonşuluq əziyyət verməmək deyildir, bəlkə ən yaxşı qonşuluq - onun əziyyətinə səbir etməkdir".
4. Sirrini qorusun. Qonşuların uzun müddət bir yerdə yaşaması nəticəsində onlar bir-birinin sirlərindən agah olarlar. Onların eybini başqasının yanında ifşa etmək - pis bir iş olardı. Əgər qonşunun sirrindən xəbərdar olmusunuzsa, onu gizli saxlayın. İmam Səccad (ə) buyurur: "Əgər qonşunun sirrindən agah olmusansa, gərək onu gizli saxlayasan".
Bir gün Həzrət Peyğəmbər (s) öz səhabələrindən soruşur: "Bilirsinizmi ki, qonşu haqqı nədir?". Dedilər: "Yox". Buyurdu: "Qonşu haqqı odur ki, əgər bir işdə sizdən yardım istəsə, ona yardım edəsiniz. Əgər borc istəsə, ona verəsiniz. Nə zaman yoxsul olsa, onun əlindən tutasınız. Əgər ona xeyir çatsa, onu təbrik edəsiniz. Xəstə olan zaman ziyarətinə gedəsiniz. Müsibət üz verən zaman ona başsağlığı verəsiniz. Əgər ölsə, cənazə mərasimində iştirak edəsiniz. Evinizi onun icazəsi olmadan genişləndirməyin ki, havasının daxil olmasına mane olmasın. Nə zaman meyvə alsanız, bir miqdarını ona hədiyyə edin. Əgər bu işə meyliniz olmasa, (meyvəni) gizlincə evinizə daxil edin. Diqqət edin ki, övladlarınız onu evdən bayıra aparmasınlar ki, onun uşaqları görməsin".
Qonşuların bir-biri ilə rəftarı bərəkət mənbəyinə çevrilə bilər. İmam Sadiq (ə) buyurur: "Yaxşı qonşuluq şəhərləri abad və ömürləri uzun edər".
Həzrət Sadiq (ə) başqa yerdə buyurur: "Yaxşı qonşuluq ruzini çox edər". (Deyerler.org)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar