Xəbər lenti 
					
 
		Sürücülük vəsiqəsinin alınmasında dəyişiklik -VİDEO

Sürücülük vəsiqəsinin alınmasında dəyişiklik
Sürücülük vəsiqəsinin alınmasında bəzi dəyişikliklər ediləcək.
Manevr.az xəbər verir ki, CE, D, və DE kateqoryalı nəqliyyat vasitələrinin idarə edilməsi qaydaları dəyişdirilir. Bununla bağlı təkliflər artıq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında qəbul edilib və plenar iclasın gündəliyinə salınıb.
Təkliflər arasında ən maraqlısı avtobus idarə edən sürücülərə aiddir. İctimai nəqliyyatda baş verən hadisələri aradan qaldırmaq məqsədi ilə bu nəqliyyat vasitəsinin sürücülərinin yaş həddi artırılacaq. Yəni əvvəllər avtobus idarə etmək üçün sürücüdən minimum 3 il təcrübə və 21 yaşının olması tələb edilirdisə, indi müddətlər artırılıb.
Bundan başqa, D kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ maksimum 65 yaşadək olacaq. Yəni 65 yaşı keçmiş şəxs avtobus idarə edə bilməz. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov "Xəzər xəbər"ə açıqlamasında bu təklifin yanlış olduğunu deyib. Onun fikrincə, bu dəyişiklik yalnız ictimai nəqliyyata tətbiq olunmalıdır.
Digər əlavə isə DE kateqoriyası ilə bağlıdır. Qoşqulu avtomobil idarə etmək üçün yaş həddi 26-dan 65-ə qədər olacaq. Bundan əlavə, belə sürücülərdən ən az 3 il təcrübə tələb olunacaq.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















