Sizin Reklam Burada
Xəbər lenti
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın bu KƏNDİNDƏ tarix boyu elektrik enerjisi olmayıb -işıq çəkildi

Tarix: 02-09-2017 09:48     Baxış: 5345 A- / A+
Azərbaycanın bu KƏNDİNDƏ tarix boyu elektrik enerjisi olmayıb


"Azərişıq" ASC Astara rayonunun ucqar Şəvqo kəndində elektrik şəbəkəsi qurub.

Manevr.az bildirir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Ümumiyyətlə, Qurban bayramı günündə bu vaxta qədər elektrik enerjisi olmayan və 49 ailənin yaşadığı Şəvqo kəndinə "Azərişıq" tərəfindən işıq verilib. Çətin relyefdə yerləşən bu kənddə texnikadan istifadə etmək mümkün olmadığından, şəbəkə əl əməyi ilə qurulub.

"Ömrü boyu işığı olmayan 49 yaşayış evinin və ya 250-dən çox insanın elektrik enerjisi ilə təmin edilməsi üçün 2 km 10 kV-luq və 5 km 0,4 kV-luq məsafədə özünüdaşıyan izolyasiyalı naqillərdən ibarət xətt çəkilib. Bir ədəd 10/0,4 kV-luq 63 KVA gücündə transformator məntəqəsi quraşdırılıb. Abonentlərin evlərinə 49 ədəd sayğac qoyulub", - T.Mustafayev deyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar