Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

İşsizlərə ŞAD XƏBƏR

Tarix: 31-08-2017 18:09     Baxış: 3309 A- / A+
İşsizlərə ŞAD XƏBƏR


22 rayon və şəhərdə əmək yarmarkaları keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması üçün keçirilən əmək yarmarkalarının cari ilin sentyabr ayında respublikamızın 22 rayon və şəhərində davam etdirilməsi nəzərdə tutulur.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “İstiPress”ə verilən məlumata görə, gələn ay Qusar, Sabirabad, Lerik, Tərtər, Biləsuvar, Astara, Bərdə, Ağcabədi, Şabran, Zaqatala, Balakən, Salyan, Ağdam, Beyləqan, Ucar, Ağdaş, Tovuz, Yardımlı, Lənkəran, Goranboy, Abşeron, Naftalan rayon və şəhərlərində Əmək yarmarkalarının təşkili üçün işəgötürənlərlə əməkdaşlıq şəraitində müvafiq hazırlıq işləri aparılır. Bu aktiv məşğulluq tədbirlərində həmin rayon və şəhərlərdə fəaliyyət göstərən dövlət və qeyri-dövlət müəssisələrindəki boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək.

Yarmarkalarda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə ayrılmış iş yerləri də təqdim olunacaq. İşəgötürənlərin nümayəndələrinin də iştirak edəcəyi əmək yarmarkalarında vakant iş yerlərinə göndərişlər verilməklə bərabər, əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılacaq.

Cari ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən 18 rayon və şəhərdə Əmək yarmarkaları keçirilib. Bu tədbirlər zamanı 470 müəssisə üzrə 4 900-ə yaxın vakant iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif edilib. 1 165 nəfərə vakant iş yerlərinə göndərişlər verilib ki, onlardan böyük əksəriyyətinin həmin iş yerlərində məşğulluğu təmin olunub. Həmçinin yarmarkalarda 107 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına, 103 nəfər ödənişli ictimai işlərə cəlb edilmək üçün qeydiyyata götürülüb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar