Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ögey atasından hamilə qalan 12 yaşlı qızdan XƏBƏR VAR -"hamiləlik həyatı üçün risklidir"

Tarix: 30-08-2017 13:36     Baxış: 6379 A- / A+
Ögey atasından hamilə qalan 12 yaşlı qızdan XƏBƏR VAR
Balakəndə anasının qeyri-rəsmi nikahda yaşadığı şəxs tərəfindən təcavüzə məruz qalan qız bu gün Bakıya gətiriləcək.
Manevr.az xəbər verir ki, bu barədə publika.az-a Balakən Rayon İcra Hakimiyyətində Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Gültac Əfəndiyeva məlumat verib.
“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əməkdaşları ilə birlikdə ailədə olduq. Uşaqla, anası ilə və qohumlarıyla söhbət aparıldı. Birinci növbədə qarşıda duran məsələ hamiləliyin sonlandırılmasıdır. Uşağın yaşı az olduğundan hamiləlik həyatı üçün risklidir. Ona görə də proses Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda aparılacaq. Daha sonra ehtiyac olduğu halda qıza xüsusi psixoloq təyin ediləcək. Qız hazırda ailəsinin yanındadır”.
G.Əfəndiyeva bildirib ki, qız başına gələnləri tam dərk etmir, o, sadəcə suallara cavab verir:
“Qızın özündən iki yaş böyük bir bacısı var. Onlar uşaq olanda atası bunları atıb gedib. Daha sonra atası həmin qıza təcavüz edən şəxslə qeyri-rəsmi münasibətdə yaşayıb. Bu münasibətdən onun bir oğlu var. Qızla söhbət apardıq, o, sadəcə sualları cavablandırır, başına gələnləri tam anlamır. Hadisəni təfərrüatı ilə danışdı. Qızın anası kafe işlədir, ögey atası isə işi olanda gedir, olmayanda uşaqların yanında qalırmış. Bir gün qız ögey atası ilə evdə tək qalanda hadisə baş verib. Həmin vaxt bacı-qardaşı anasının yanında olub. Sonra da həmin şəxs qızı bu barədə başqalarına dediyi halda, onu öldürəcəyi ilə təhdid edib. Qız da qorxub, heç kimə deməyib. Bir neçə gün əvvəl uşaq xəstə olub, ailəsi başqa problem olduğunu düşünüb. Həkimə müraciət edəndə, müayinədən sonra uşağın hamilə olduğu müəyyən edilib. İndi də uşaqda qorxu hissi qalıb. Anası isə bu müddət ərzində qızının ögey atasında qorxması, ya da həmin şəxsin qızına münasibətində dəyişiklik hiss etmədiyini deyib. O, hadisəni eşidəndən şokdadır”.
Artıq qıza təcavüz edən ögey ata Şindiyev Elçin Qədir oğlu ilə bağlı cinayət işi açılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar