Sizin Reklam Burada
Xəbər lenti
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Vəzifəli şəxs zibilə görə cərimələndi - 2000 AZN

Tarix: 29-08-2017 16:06     Baxış: 4264 A- / A+
Vəzifəli şəxs zibilə görə cərimələndi

Tullantıların yandırılmasına görə Mənzil Kommunal İstismar Sahəsinin rəisi cərimə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı rayonu Zığ şossesi 1 ünvanında tullantıların qalaqlanması və yandırılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı bərk mənşəli müxtəlif tərkibli tullantıların qanunvericiliyə uyğun qaydada idarə olunmadığı və qalaqlanaraq yandırıldığı məlum olub.

Faktla bağlı sözügedən ərazidə tullantıların idarə olunmasına cavabdeh olan 1saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 135 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Sahib Quluyev barəsində protokol tərtib olunub və o vəzifəli şəxs qismində inzibati qaydada 2000 manat məbləğində cərimə edilib.

Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması, ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün S.Quluyevə icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar