Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Gürcü “qanuni oğru” həbs edildi - saxta Azərbaycan pasportu var imiş

Tarix: 28-08-2017 19:32     Baxış: 4293 A- / A+
Gürcü “qanuni oğru” həbs edildi

Rusiyanın Şimali Osetiya Respublikasında üzərində saxta Azərbaycan pasportu olan gürcü "qanuni oğru” saxlanılıb.

Manevr.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Rusiyanın Şimali Osetiya üzrə Federal Təhlükəsizlik Xidmətinin sərhəd idarəsinin yaydığı məlumatda qeyd olunur ki, "Yuxarı Lars” sərhəd buraxılış məntəqəsində gürcü kriminal aləminin liderlərindən biri saxlanılıb.

O saxta sənədlərlə sərhədi keçməyə çalışıb.

"Qanuni oğru” əvvəlcə Rusiya Federasiyasının xarici pasportunu təqdim edib. Sərhədçilər sənədin doğruluğundan şübhələniblər. Daha sonra sərhəd pozucusu Azərbaycan pasportu çıxararaq onu Azərbaycan vətəndaşı kimi qeydə almağı təklif edib: "Saxlanılan şəxsin üzərində qismən və ya tam saxtalaşdırılmış bir neçə sənəd aşkar edilib və onlardan heç biri onun əsl kimliyini göstərən sənəd olmayıb”.

Daha sonra əməliyyatçılar onun Gürcüstan vətəndaşı olduğunu, həm ölkəsində, həm də Rusiyada müxtəlif cinayət əməllərinə görə dəfələrlə həbs cəzası çəkdiyini müəyyənləşdiriblər.

Saxlanan şəxsin adı açıqlanmır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar