Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda qəbirlər dağıdıldı

Tarix: 28-08-2017 16:45     Baxış: 3845 A- / A+
Azərbaycanda qəbirlər dağıdıldı


Hadisəni törədənlərin axtarışı aparılır

Qəbiristanlıqdakı qədim qəbirlər qazılıb, baş daşları isə sındırılıb.

Manevr.az İstiPress-in cənub bürosu-na istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonunun Türkelli kəndindəki baş verib. Buradakı tarixi orta əsrlərə aid olan bir neçə qəbir axşam saatlarında naməlum şəxslər tərəfindən qazılıb. Kəndlilər mövcüd hadisə baş verməmişdən bir neçə gün öncə qəbiristanlığa iki nabələd qadının həmin qəbirlər ətrafında gəzdiyini görüblər.

Qazıntı nəticəsində qəbirdəki insan sümüklərinin bir qismi də bayıra çıxarılıb. Bundan başqa, məzarlığın müxtəlif ərazilərindəki tarixi eyni dövrə aid olan bir çox baş daşları küt alətlər vastəsi ilə sındırılıb. Yerli sakinlərin sözlərinə görə, qəbirlər qiymətli qızıl zinət əşyalarının axtarılması məqsədi ilə qazılıb.

Qeyd edək ki, bu Türkelli kənd qəbiristanlığında baş verən ilk hadisə deyil. Bir müddət əvvəl də buradakı qədim qəbirlərin bir qısmi qazılaraq üzərindəki tarixi baş daşları naməlum şəxslər tərəfindən oğurlanmışdı.

Tarixçilərin sözlərinə görə, Türkelli kəndindəki mövcud qəbir abidələri XVI-cı əsrə aid sufiliklə bağlı olan qəbirlərdir. Bura tarixən ziyarət yeri olub. Lakin bəzi insanlar burada qiymətli zinət əşyalarının gizlədilməsini zənn ediblər. Artıq hadisə ilə bağlı polisə məlumat verilib. Hadisəni törədinlərin tapılması istiqamətində araşdırmalar aparılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar