Xəbər lenti
Evdə internet sürətini artırmağın yolları - VİDEO
Texnologiya əsrində yaşayırıq və həyatımızın ayrılmaz parçası ağılli telefonlardır. Əslində ayrılmaz parça internetdir. İnternet olmasa ağıllı telefon kimin nəyinə gərəkdir? Bəs müəyyən ödəniş qarşılığında qoşulduğunuz provayderin verdiyi internet sizi qane edirmi? Əgər siz də internetin zəif olmasından şikayətlənirsizsə, bir qədər də yaxın əyləşin və bu yazını diqqətlə oxuyun.
Publika.az Wi-Fi istifadə edənlərə dalğanı bir arada saxlayıb sürətli ötürülməsini təmin etməyin maraqlı üsulunu təqdim edir:
Zəif siqnal problemi ilə yəqin ki, hər kəs rastlaşıb. Ötürülən internet kabel vasitəsilə bağlantıya nisbətən Wi-Fi ilə ötürüləndə marşrutlayıcının modifikasiyaya uğraması sürəti olduqca zəiflədir. Buna görə mənzilin modem qoyulan küncünə gedib sıxışmaq lazım deyil.
Əgər evdə Wi-Fi siqnalı ürəkaçan deyilsə, sadəcə dalğanı bir arada toplanıb və simsiz qurğulara bir istiqamətdən sürətlə paylanması üçün boş, yuyulmuş kola bankalarından istifadə edin.
Kola bankasının ağzını dairəvi şəkildə təxminən 2 sm məsafəni boş buraxaraq kəsin. Daha sonra kəsdiyiniz hissəni çıxarıb onu şəkildəki kimi hamarlayıb açın. Ağız hissəsini modemin antenasına keçirin. Sabitləmək üçün ikitərəfli yapışqan bantlardan istifadə edə bilərsiz. Və artıq sizin sürətli internetiniz var.
Bu, siqnalların istiqamətini bir istiqamətə yönəldərək internetin zəifləməsinin qarşısını alır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar