Xəbər lenti
Marsda yarım milyon insanın yaşadığı şəhər tapıldı – FOTO

Alimlər bir daha, Marsda vaxtilə sivilizasiya olduğunu bəyan ediblər və sübut kimi NASA-nın əldə etdiyi şəkillərdən təşkil olunmuş “Google Mars” servisindəki təsvirləri göstəriblər.
Manevr.az Publika.az-a istinadən xəbər veririk ki, şəkillərdə qeyri-adi daş strukturları var. Alimlər iddia edirlər ki, bu tikililər yoxa çıxmış sivilizasiyadan qalıb. Tikililər yüzlərlə kilometr məsafədə uzanır.
Ekspertlərin sözlərinə görə, bu şəhərdə yarım milyona qədər sakin yaşayıb. İnternetdə yayılmış videodan, artıq boş qalmış Mars şəhərini görmək olar. Şəhər iri tikililərdən ibarətdir. Tikililərin uzunluğu 630, hündürlüyü isə 800 metrdir.
Ekspertlər, hətta fotolarda bəzi binaların arasındakı tunelləri də görüblər. Fotonu tədqiq edən araşdırmaçılar güman edirlər ki, şəhəri sel və yaxud daşqın məhv edə bilərdi. Onlar Mars sivilizasiyasının nüvə müharibəsi nəticəsində məhv olduğunu da istisna etmirlər. Marsda həyatın məhv olmasına dair bir versiya da mövcuddur. Belə ki, plazmofizik Con Brandenburqun fikrincə, Marsa yadplanetli düşmən sivilizasiya hücum edib.

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar