Xəbər lenti
Şəkidə valideyn himayəsindən məhrum olmuş uşaqların problemləri müzakirə olunub
Vətəndaş Təşəbbüsləri və İnsan Hüquqları İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi "Valideyn himayəsindən məhrum olmuş uşaqlara dəstək” adlı layihənin icrasını başa çatdırıb.
Layihə çərçivəsində sonuncu tədbir dünən Şəki şəhərində baş tutub. Tədbirdə yerli icra hakimiyyətinin nümayəndələri,
bələdiyyə üzvləri, QHT təmsilçiləri, ziyalılar və gənclər iştirak ediblər.
Şəki şəhər qarışıq tipli uşaq evinin əməkdaşı Şəfəq Əbdürrəhmanova vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilən bu təşəbbüsləri müsbət qiymətləndirib. Ş.Əbdürrəhmanova deyib ki, analoji layihələrin icrası cəmiyyətin bu problemə diqqətini daha da artıracaq.
Layihənin eksperti Seymur Verdizadə bildirib ki, əsas məqsəd valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş güzəştlər haqda maarifləndirmə işi aparmaq, ictmai diqqəti real
vəziyyətə cəlb etmək, sözügedən təbəqəyə aid olan uşaqların öz hüquqlarından maksimum istifadəsini təmin etməkdir.
S.Verdizadə qeyd edib ki, cəmiyyət valideyn himayəsindən məhrum olmuş uşaqlarla yanaşı, digər uşaqların da problemlərini diqqət mərkəzində saxlamalı, onların düzgün tərbiyə olunması üçün bütün imkanları səfərbər etməlidir: "Hamımız deyirik ki, uşaqlar bizim gələcəyimizdir. Amma bu şüar olaraq qalmamalı, əməli fəaliyyətdə özünü göstərməlidir”.
Şəki ziyalılarından Rəna Şərifova deyib ki, azərbaycanlı uşaqlar digər ölkələrdə yaşayan həmyaşıdları ilə müqayisədə daha xoşbəxtdirlər. Çünki Azərbaycanda uşaqların hüquqlarını qoruyan mükəmməl qanunvericilik bazası var. Dövlət uşaqlara qayğı ilə yanaşır, onların yaxşı təhsil almasının qeydinə qalır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar