Xəbər lenti
Qadın evli kişini şantaj etdi - 2 il həbs cəzası gözləyir + Foto
ABŞ-da yaşayan Erica Jean Freeman adlı qadın evli kişini şantaj edib.
Manevr.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ABŞ-ın Miçiqan ştatında yaşayan M.S adlı kişi 2016-cı ilin sentyabr ayında ləqəbi ağılı başdan alan Nirvana olan 25 yaşlı Erica Jean Freeman adlı qadınla Twitter-də tanış olaraq yazışmağa başlayır. Faktiki olaraq davam edən əlaqələr zamanı kişi qadına 5000 dollar pul və cinsi məzmun daşıyan şəkillərini göndərir. Aylar boyunca davam edən əlaqələrdən sonra kişi yanvar ayında buna son qoymaq qərarına gəlir.
Qadın kişinin münasibətlərə son qoymaq istədiyini görüb onu təhdid etməyə başlayır. Gənc qadın “Hayatında tanıdığın hər kəs bu barədə biləcək” deyə kişiyə mesaj göndərib və ayda ona 250 dolar ödəməsini tələb edib.
Şantaja boyun əyən M.S hər dəfə pulu göndərərkən qarşılığında Freeman ona daha əvvəl istifadə etdiyi alt paltarını göndərirmiş
Mir müddət belə davam edən əlaqələri M.S aprel ayında tamamilə bitirmək qərarına gəlir. Amma, bu zaman Freeman 15.000 dolar pul tələb edərək yaşadıqları hər şeyi onun həyat yoldaşının və iş yoldaşlarının Facebook səhifəsinə göndərəcəyi ilə təhdid edir.
Bundan sonra kişi qadını sosial şəbəkədə əngəlləyir. Onun bu hərəkəti isə qadını özündən çıxarır və o, M.S-nin həyat yoldaşına səsli bir mesaj göndərərək “Sənin ərin bal ayınızdan etibarən səni mənimlə aldadır və axmaqın biridir”deyə bildirir. Bütün bunlardan sonra kişi olanları polisə bildirir. Freeman qısa müddət ərzində saxlanılır. Şantaj iddiasıyla hakim qarşısına çıxacaq Freemanı isə 2 il həbs cəzası gözləyir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar